Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərə getmək üçün ən yaxşı yaş

Sixoloqlar ailə qurmaq üçün ən yaxşı yaşı müəyyən ediblər. İstiPress-in məlumatın görə, Yuta Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, ailə qurmaq üçün ən yaxşı zaman ali məktəbi bitirdikdən sonradır.

Sən demə 23 yaşa kimi nikaha daxil olan insanlar daha çox ayrılırlar. Ali məktəbi bitirdikdən sonra qurulan ailələr 37 faiz daha möhkəm olur. Evlilikdən öncə 2-3 il birlikdə olan cütlüklərdə də ailə münasibətləri uğurlu olur.

Mütəxəssislər düşünürlər ki, ali məktəbi bitirməmiş gənclər ailə həyatına hazır olmurlar. Lakin 23 yaşdan sonra onlarda məsuliyyət hissi artır, qazanclarına diqqətlə yanaşmağa başlayırlar.

Digər tərəfdən münasibətləri rəsmiləşdirməyə gecikməmək də tövsiyyə edilir. Xanımlara evlilik təklifləri 26 yaşa kimi edilməlidir. Bu yaşda xanımlar ətraf mühitin, yaxınlarının təzyiqləri ilə daha az üzləşir və yeni həyata daha yaxşı adaptasiya ola bilirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...