Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəlin "paxıl" rəfiqələrinə görə toyunu ləğv etdi - "Pul salmayan toya gəlməsin"

İngiltərədə qəribə olay yaşanıb.

Toya hazırlaşan qızın arzusu ürəyində qalıb. Susan adlı qız rəfiqələrinə görə mərasimi ləğv etmək məcburiyyətində qalıb.

Belə ki, o, toyunda iştirak etmək üçün 1500 dollar ödəmək istəməyən dostlarını "ilan" adlandırıb və əsəbləşərək 4 gün əvvəl toy mərasimini ləğv edib. O bildirib ki, nişanlısından da ayrılıb.

"Mən toyumu möhtəşəm şəkildə etmək istəyirdim. Buna pulumuz çatmırdı. Bu səbəbdən də toyda veriləcək hədiyyə əvəzinə dostlarımdan 1500 dollar nəğd pul istədim. Kim pul verməsə, mərasimə qatılmasın", - deyə Susan statusunda qeyd edib.

Susanın bu hərəkəti sosial şəbəkələrdə maraq doğurub. Onun toyu ləğv etməsi birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Susan nişanlısı ilə 14 yaşındaykən tanış olub. Onların nikahdankənar bir övladı var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...