Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qədim dünyanın AĞLAGƏLMƏZ İNTİM ÜSULLARI - qızlarla ballı, istiotlu, alovlu HƏZZ - FOTOLAR

Bizə indi normal görünən cinsi üsullar yüz illər öncə əlçatmaz hesab olunurdu. Təbii ki, əsrlər öncə seksual ehtiyac üçün lazım olan məhsullar istehsal edilmirdi. Amma insan istənilən dövr və şəraitdə özünə gərək olanı əldə bilər. Ələlxüsus da bu intim ehtiyac ola! Buna baxmayaraq, izdivac məsələləri ilə bağlı üsulların çoxu artıq tarixin daş “yatağı”nda uyuyur.

Publika.az qədim dünyanın maraqlı, eyni zamanda ağlagəlməz seks üsullarını sizlər üçün bir araya toplayıb.

Bunlar hansılardır?

Qədim yunanlar bu məsələdə usta idilər. Odur ki, cinsi həzlə bağlı cürbəcür məlhəmlər icad edirdilər. Yunanlar seksin davamlı və alovlu olması üçün döyülmüş istiotu balla qarışdırıb cinsi orqana çəkirdilər. Bu, həm də ereksiyanın tam olması üçün olunurdu.

Maral quyruğunu yandırıb külünü şərabla qarışdırırdılar. Alınan qatı mayeni genital bölgəyə çəkirdilər. Bu, cinsi istəyi artıran məlhəm idi.

Hindistandan gətirilən bir bitki cinsi orqana sürtülürdü. Yunanlar iddia edirdilər ki, bu ot vasitəsi ilə cəmi bir cinsi aktda qat-qat yüksək həzz olmaq mümkün olur. Əlbəttə? Ehtiraslı sevgini Kama Sutranın müəlliflərindən yaxşı kim biləcəkdi ki! Hindlilərin məsləhəti ilə yunanlar bu bitkinin təsirini dayandırmaq üçün genital bölgəni zeytun yağı ilə silirdilər.

Qədim dövrlərdə ümumiyyətlə cinsi məsələlərə indikindən daha həssas yanaşılırdı. Hətta qədim Romada seksual xidmətlər bu günün Avropasında olduğu kimi dövlət nəzarətində idi. Yəni bu xidmət sahəsində çalışanlar dövlətə vergi ödəyirdilər. Amma fahişəliklə məşğul olan kişilər digər həmcinslərindən fərqli olaraq vətəndaş hüquqlarından məhrum edilirdi. Belə kişilər adətən mühacirlər və ya qullar olurdu.

Babildə isə hər qadın ən az bir dəfə ilahə Mirittaya sədaqətini göstərərək bədənini pula satmalı idi. Herodot öz əsərində yazırdı ki, kişi tapa bilməyən qadın məşuq tapana qədər o gecəni məbəddə keçirməli idi. Gözəl qadınların bununla bağlı problemi olmasa da, çirkinlər hətta illərini bir günlük kişi tapmağa həsr edirdilər. Əks təqdirdə ilahənin onu qorumayacağı qorxusu ilə yaşayardılar.

Bununla belə normal ailələrdə izdivac məsələləri nəzarət altında olurdu. Əsasən də Mesopotamiya və Şumerlər sağlam ailə təməllərinə sahib olurdular. Oğlanla qız nikaha qədər bir-birlərinin üzünü görə bilməzdi. Onların ailələri (bizim anlayışla qudalar) isə bir-biri ilə mehriban münasibətdə olmalıydılar.

Qədim Romada gəlin hərracı keçirilirdi. Yəni ərə getmək istəyən qızlar hərraca çıxarılardı. Kim çox başlıq pulu təklif etsə, qız ona verilərdi.

Xəyanət edən qadınları isə öldürürdülər. Qədim Romanın Yuliyan qanununda da xəyanət edən ölümə məhkum edilirdi. Yunanlarda isə xəyanətkarın cəzası əvvəllər ölüm olsa da, sonralar cərimə və ictimai həqarətlə əvəzlənmişdi.

Qədim İsraildə isə ərə gedən qız nikah gecəsi bakirə çıxmasaydı, onu daşa basıb öldürərdilər. Gəlini nahaq yerə ittiham edən, öz cinsi zəifliyi ucbatından ona şər atan ər isə dar ağacından asılar və ya böyük miqdarda cərimələnərdi.

Qədim Hindistan qadına qarşı daha sərt idi. Əri ölən qadın sağ qala bilməzdi. “Sati” adlı ayinə əsasən, qadın könüllü olaraq özünü ərinin nəşi yandırılan tonqala atıb diri-diri yanmalıydı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...