"Məmurlar efirdə gözəl qız görən kimi deyir ki, gətirin bağ evimə"

"Məmurlar efirdə gözəl qız görən kimi deyir ki, gətirin bağ evimə"
"Bizim vaxtda da belə idi. Ərdə olan, olmayan bir çox xanım müğənninin ətrafında mağaza sahibləri, fabrik müdirləri var idi. İndi də hansı müğənniyə baxırsan onu ya biznesmen saxlayır, ya məmur, ya da deputat".
Mynews.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.
Müğənni qeyd edib ki, gənc xanım müğənnilər efirə özlərinə müştəri tapmaq üçün çıxır: "Deyirlər ki, nəyə görə məmurlar müğənnilərə tamah salır? Kimə salsınlar mənə? Mən onların nəyinə lazımam, sənət onların nəyinə lazımdır. Onlara siz də bilirsiniz ki, nə lazımdır. Müğənnilər efirdə qısa geyinir, sinələrini açıq qoyurlar, açıq-saçıq şeylərdən danışırlar. Onlar bunu kimin üçün edirlər? Ancaq məmur, biznesmen və deputatlar üçün. Özlərini açıb, pullu kişilərə göstərirlər. Bir də görürsən cavan qız çıxır efirə, heç oxuya bilmir. Amma görünüşü qəşəngdir. Pullu kişilər, məmurlar deyir o müğənninin, o qızın nömrəsini tapın gətirin bağ evimə. İki aydan sonra həmin qızın bahalı maşını olur. Mən 50 ildir oxuyuram heç maşınım yoxdur. Bizdə bu dəqiqə belədir, bu gün efirə çıxıb, özünü açıb-göstərən, sabah 100 minlik avtomobil sürür".
Əli Mirəliyev efirləri də tənqid edib: "Bəziləri kişi şalvarı geyinib efirə çıxıb, veriliş aparır. Bunları efirə buraxmasınlar. Niyə bizim gənclərimizi məhv edirlər, niyə mənim övladlarım elə şeylərə baxmaldır? Efirdə işləyən adamları işdən uzaqlaşdırmaq lazımdır. Telekanal rəhbərləri 3-cü cins müğənniləri efirə buraxmamalıdırlar. Özüm hər efirə getmirəm. Artıq efirlərdə musiqi yoxdur. Ancaq qalmaqal, dava, şou xatirinə olan verilişlərdir. Efirlərdə hansısa bədbəxti çağırıb, danlayırlar. Əgər "duxları" çatırsa, getsinlər deputatlarla saunada yatan müğənniləri çəkib göstərsinlər".
Maraqlı
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
- Günahı biraz da özümüzdə axtaraq - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR 1141 dəfə oxunub
- Hava ilə bağlı - XƏBƏRDARLIQ 1082 dəfə oxunub
- Pomidorun qiyməti bu tarixdən ucuzlaşacaq - AÇIQLAMA 1075 dəfə oxunub
- Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü - Azərbaycanda şok hadisə 1071 dəfə oxunub
- Xalq artisti Vaqif Əsədov vəfat etdi 1058 dəfə oxunub