Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bürclərə inanan insanlar, bu xəbəri mütləq oxuyun! - Hər şey yalan imiş...

İnsanların əksəriyyəti daim özlərini nəyəsə inandırmağa çalışır. Demək olar ki, bütün gününü, həftəsini də inancına əsasən planlaşdırır.

Bürclərə inam da məhz buradan qaynaqlanır. Gündəlik həyatını bürclər üzərində quran insanlar özləri haqda mənfi proqnoz eşidərkən, bu, psixoloji olaraq onların sağlamlığına mənfi təsir göstərir.

Psixoloq Təhminə Çələbi bürc proqnozuna meylli insanlarda özünə güvənin aşağı səviyyədə olduğunu deyib. Yaşanan bu halı pis vərdişlərdən asılılıq kimi qiymətləndirən psixoloq, həmin insanların psixoloji müalicəyə ehtiyacı olduğunu qeyd edib.

İslam dini də bürclərə inanmağı tövsiyyə etmir. Yer üzərindəki bütün varlıqların Allahın əmri ilə hərəkət etdiyini deyən ilahiyyatçı Fuad Pənahlı, heç bir varlığın yaradıcı, təsiredici gücə malik olmadığını bildirib. O, bürclərin İslam dinində xüsusi bir elm kimi öyrənildiyini və bürclərlə bağlı proqnozların yalnız 20 faizinin reallığa uyğunluq ehtimalının olduğunu deyib.

İlahiyyatçı bürclərlə bağlı proqnozlardan yalnız uzaq məsafələrə səyahət və ya istiqaməti təyin etmək məqsədilə istifadəni düzgün sayır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...