Bu azərbaycanlı qız 4 yaşında birinci sinfə gedib, 18 yaşında BDU-nu bitirir

Azərbaycanda 18 yaşlı tələbə magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində 114 bal toplayıb.
Mynews.az “Report”a istinadla xəbər verir ki, bu, Turana Tağıyevadır.
T.Tağıyeva bildirib ki, bu yaşda belə bir uğur çox qürurvericidir: “Uşaq vaxtı qardaşım və xalam oğlu məktəbə gedəndə ağlayırdım ki, mən də oxumaq istəyirəm. Valideynlərim də bu israrımı görüb məni məktəbə apardı. Məktəbdə məni sorğu-sual etdilər. Dedilər ki, yaşıdlarından və sinifdə olanlardan savadlı, eləcə də yaddaşın yaxşıdır. Nəticədə 4 yaşımda imtahan verərək məktəbə daxil oldum. Məktəbdə əlaçı olmuşam. Hazırda da ali təhsil aldığım Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Münasibətlər fakültəsini də fərqlənmə diplomu ilə bitirəcəyəm”.
O, magistraturaya ixtisas seçimi zamanı da məhz BDU-nun Beynəlxalq münasibətlər və diplomatiya ixtisasını seçəcək: “IV kurs tələbəsi olduğumdan hazırda Xarici İşlər Nazirliyində (XİN) praktika keçirəm və elə arzum da burada qalıb işləməkdir”.
Qeyd edək ki, Turana Tağıyeva 2000-ci ilin avqustunda anadan olub. 4 yaşında 193 nömrəli məktəbə gedib. 10-11-ci sinfi isə 212 nömrəli məktəbdə davam etdirib. 14 yaşında BDU-ya qəbul olub.
Maraqlı
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
- Günahı biraz da özümüzdə axtaraq - VİDEO
- Bloqer üzdəki qoruyucu maskanı gizlətməyin yolunu tapdı - VİDEO
- DİQQƏT! Quranda olan bu adları uşaqlara QOYMAQ OLMAZ
- Bu azərbaycanlı qız 4 yaşında birinci sinfə gedib, 18 yaşında BDU-nu bitirir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO 906 dəfə oxunub
- Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama 905 dəfə oxunub
- Türkiyəyə getmək istəyənlərin nəzərinə - MÜDDƏT UZADILDI 596 dəfə oxunub
- Metro açıla bilər: infrastrukturda yoxlamalara başlanıldı 594 dəfə oxunub
- Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama 592 dəfə oxunub