Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Öz əksinə "vurğun" quş internet ulduzu oldu - FOTO

Avstraliyanın Brisbane şəhərində saatlarla özünün vitrindəki əksinə baxan quşdan diqqəti yayındırmaq üçün yerli ekoloq pəncərəyə nəyin baş verdiyini izah edən bir elan yapışdırıb.
"Mən çəmənlik pərttəgöz quşuyam. Hər şey qaydasındadır", - Caitlin Raynor-un yazdığı elanda bildirilir.
"Sadəcə pəncərədə özümə baxmaqdan xoşum gəlir".
Diqqəti yayındırmaq üçün yazılan bu elan əksinə əlavə maraq cəlb etdi.
Rusiyada yenotun "erotik" video qalmaqalı
Milli.Az BBC-yə istinadən bildirir ki, Queensland Texnologiya Universitetinin vitrini qarşısındakı quşun görüntüləri internetdə paylaşılmağa başladı.
Sosial şəbəkələrdə şəkil müxtəlif şərhlərlə müşayiət olunurdu.
"Quşlar dünyasının narsisi," Twitter istifadəçilərindən biri yazıb.
Daha biri isə yazır ki, öz əksinə baxmaq yalnız "özündən razı" insanlara xas olan bir şey deyil.
Caitlin Raynor canlının davranışında qeyri-adi bir şeyin olmadığını deyir.
Onun sözlərinə görə quş garşıda duran "başqa quşu" diqqətlə izləyir.
"Onlar (quşlar) gecə aktiv olduğu üçün özlərini görməyə alışmayıblar".

Öz əksinə "vurğun" quş internet ulduzu oldu - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...