Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Yadplanetlilər mənə danışmağa imkan vermirlər”- - Vanqanın gizlədilən etirafı

Ötən əsrin ortalarında bəşəriyyətin taleyi ilə bağlı səsləndirdiyi bir çox proqnozları doğru çıxan məşhur görücü Vanqa 2017-ci ildən sonra dünyanın ictimai-siyasi, mənəvi  mənzərəsinin dəyişəcəyini də ehtimal edib. 
 
Kor kahinin bir çox proqnozları uzun müddət insanlardan gizli saxlanılıb. Çünki dövrün siyasi mənzərəsini dəyişən bəzi hadisələr barəsində uzun illər əvvəl verdiyi proqnozların düz çıxması xüsusi gücləri qorxuya saldı. Lakin haradasa 10 il bundan əvvəl çapdan çıxan “Kor kahin Vanqa” kitabında nların bəziləri “oğurlanaraq” səhifələrdə özlərinə yer tapdı.
 
Həmin kitabın ilk oxucularını təəccübləndirən ən maraqlı məqamlardan biri də Vanqanın birbaşa yadplanetlilərlə ünsiyyətlə olması idi. Vanqanın etiraflarından ibarət kitabda UFO-ların adları çox çəkilir. Vanqa hətta gələcək proqnozları onlardan aldığını da qeyd edir:
 
“Onları uzun müddətdir ki, görürəm. Görüntüləri insanın sudakı əksini xatırladır. Dəriləri balıq pulu kimi parıltılıdır. Aralarında qadınlar da var, saçları yosunları xatırladır, qaz tükü kimi yumşaqdır. Onları çox zaman otaqda oturmuş vəziyyətdə görürəm. Bəzən, baxçanın qapısına varmadan, mənimlə danışırlar. Səsləri qəribə bir melodiyanı xatırladır”.
 
Kitabda rastlanan və xüsusi qüvvələr tərəfindən gizlədilən etirafardan biri də Vanqanın bir çox proqnozları deməsinə yadplanetlilərin mane olmasıdır.
 
Həmin kitaba istinadən Vanqanən bu etirafını da təqdim edirik:
 
“Bəzən, aralarındakı biri nəfər deyir: “bizdən çox sual soruşma, qısa müddətə gəlmişik və çox şeylərin danışılmasına icazəmiz yoxdur. 
 
Bir gün iki heykək gətirdilər. Onların nüfuzlu nümayəndələrinə aid idi. Hara qoyduqlarını bilirəm, lakin söyləməyəcəyəm. Onlar heykəli yerləşdirən zaman aralarında danışırdılar ki, bunları insanların görə bilməyəcəkləri yerə qoyaq. O biri isə, “onlar onsuz da kordular, görə bilməyəcəklər”, dedi. 
Sonra otağa daxil oldum. Ətrafıma yığışb oturdular. Tam mərkəzlərində qaldım. Hamısı ox qoca varlığı xatırladırdı. Mənə dedilər ki, ayağa qalx və dinlə, biz sənə gələcəyi deyəcəyik. Lakin dediklərimizi söyləməyin yasaqdır”.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...