Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyanın ən bahalı və ən ucuz şəhərləri - REYTİNQ

Sinqapur dünyanın ən bahalı şəhərləri arasında liderdir.
 
Mynews.az  milli.az-a istinadən bildirir ki, "Economist Intelligence Unit" (EIU) agentliyinin hazırladığı ənənəvi "Worldwide Cost of Living" reytinqi açıqlanıb.
 
Ən bahalı şəhərlər arasında ikinci yeri Honkonq, 3-cü yeri Sürix tutub.
 
İlk onluqda sonrak yerlərdə Tokio, Osaka, Cenevrə, Paris, Nyu-York, London və Kopenhagen var.
 
Dünyanın ən ucuz şəhəri Almatıdır. Bu şəhər reytinqdə 133-cü yerdədir.
 
Sonrakı yerlərdə Laqos, Banqalor, Kəraçi, Əlcəzair, Çennay, Mumbay, Buxarest, Kiyev, habelə Hindistanın paytaxtı Nyu-Dehli var.
 
"Worldwide Cost of Living" reytinqi ildə iki dəfə hazırlanır və bu zaman 160 mal ilə xidmətin 400 fərqli qiyməti nəzərə alınır.
 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...