And içib ömrünün sonunadək bakirə qalanlar - "Biz kişi kimiyik"
Onlar kişi paltarlarındı dolaşırlar. And içiblər ki, əsla ərə getməyəcəklər, ailə qurmayacaqlar, uşaqları olmayacaq, kişiyə də yaxın durmayacaqlar.
Onlar "muskobani"lər, yəni Albaniyada yaşayan, ömürlərinin sonunadək bakirə qalacaqlarına and içmiş qadınlardır.
Milli.Az bildirir ki, Albaniyanın Kruya şəhərində yaşayan 78 yaşlı Paşa Keqi də muskobandır. O, 61 il əvvəl bakirəlik andı içib, qara uzun saçlarını kəsib, atasının şalvarını geyinib və ov tüfəngini əlinə alıb.
Bakirəlik andının müqabilində ailəni kişi qismində idarə etmək hüququ qazanan Paşa Keqi deyir: "Əgər indi doğulsaydım, qadın həyatını seçərdim. Mənim vaxtımda kişi olmaq daha yaxşı idi, çünki qadını heyvana bərabər tuturdular. İndisə qadınla kişinin hüquqları bərabərdir".
"Əbədi bakirəlik" ənənəsi Albaniyanın şimalında 5 əsr əvvəl yaranmış "Kanun" davranış qaydasına əsaslanır. "Kanun"a görə, qadınlar yalnız uşaq doğmalı, ev işləri ilə məşğul olmalıdır. O zamanlar qadının həyatı kişinin həyatından iki dəfə ucuz idi. "Əbədi bakirə"nin, yəni muskobaninin həyatı isə 12 buğaya bərabər tutulurdu.
Albaniyanın şimalında evin kişisi öləndə, onun qızı muskobani olurdu ki, əmlak, ev heyvanları, tarla əldən çıxmasın.
Bəzi qızlar zorla ərə verilməmək üçün bu yaşamı seçirdilər.
Albaniyada indi muskobanilərin sayı çox azdır.
Ölkə paytaxtı Tiranadan şimalda, dağlar qoynundakı Kruje kəndinin sakini, 88 yaşlı Peka Fiqiri kəndin son muskobanisidir.
"Mən ölüb gedəndən sonra burada artıq "əbədi bakirə" olmayacaq", - Fiqiri söyləyib.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 969 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 934 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 925 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 924 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 922 dəfə oxunub