Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu qızın ürəyi görünür - ŞOK FOTOLAR

Rusiyada "6 ay da yaşaya bilməz” deyildiyi qız altı ildir ki, həyat uğrunda mübarizə aparır. 
Xarici mətbuat xəbər verir ki, kiçik qızın ürəyi görünür.
 
Rusiyada yaşayan Virsaviya Borun adlı qız hələ 6 yaşındadır. O, "Cantrell pentaloji” deyilən və çox nadir rast gəlinən xəstəliklə dünyaya gəlib. Virsaviyanın ürəyinin üstü çox nazik dəri təbəqəsi ilə örtülüb və onun necə döyündüyü açıq şəkildə görünür. Bu cür ciddi sağlamlıq probleminə baxmayaraq, Virsaviya normal uşaq olmaq üçün mübarizə aparır.
 
Dari Borun hələ hamiləykən həkimlər ona körpəsinin çox yaşamayacağını deyiblər. Buna baxmayaraq, 6 il yaşayan qızcığaz sağlamlığına qovuşmaq üçün inadla mübarizə aparır.
 
Lakin onun bu mübarizəsi hər an uğursuzluqla nəticələnə bilər. Sadəcə, yıxılsa və ya zədələnsə, vəziyyəti pisləşər. Həyatı sanki bir tükdən asılı olan kiçik mələyin ürəyi döş qəfəsi ilə müdafiə olunmadığı üçün bu zədə ölümcül ola bilər.
 
Anası qızının fotolarını "Instagram”da paylaşaraq kömək istəyib. Həmin fotolar sayəsində artıq könüllülər tapılıb. Boston Uşaq Xəstəxanasında bir həkim Virsaviyanı əməliyyat etməyə razı olub. Ailə Amerikaya yollanıb. Əməliyyat iki il sonraya planlaşdırılıb. 

 
 
 


 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...