Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Türkü anlamaq üçün..." - Tarixdə qalmış məşhur ifadələr

Tarixin ən məşhur şəxslərindən əksəriyyəti türklərin döyüşkən ruhunu, mədəniyyətini, qonaqpərvərliklərini təqdir edərək, onlar haqda yüksək fikirdə olduqlarını dəfələrlə elan ediblər.

Metbuat.az məşhurlardan bəzilərinin türklər haqda fikirlərini təqdim edir:

Albert Sorel - "Dünyada iki naməlum güc vardır. Biri qütblər, digəri isə türklərin qüdrəti".

Lord Bayron - "Qılıncı xüsusi bacarıqla istifadə edən türklərin əli məğlub etdikləri insanların yarasını sağaltmaqda da mahirdir".

Gelland - "Türk dilini öyrəndiyim üçün xoşbəxtəm. Çünki türkü anlamaq üçün mütləq onun dilində danışmağı bilməlisən. Tərcüməçi işığı qapayan zövqsüz bir pərdədir".

Mulman - "Türklər kimi ölümün üzünə gülməyi bacaran ikinci bir xalq yoxdur. Ancaq onlara yaxşı bir rəhbər həmişə gərəkdir".

Kayzerlinq - "Türklər şübhəsiz ki, Avropa və Asiya tarixinin ən alicənab xalqıdır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...