Afrikanın ən varlı qadını - Bakılı milyarder - FOTOLAR
Bəzi təşkilatlar, nüfuzlu jurnallar dəfələrlə onu Afrikanın ən zəngin qadını elan ediblər. Onu həm ağıllı, həm də güclü qadın adlandırırlar. 1973-cü ildə Bakıda dünyaya gələn İzabel duş Santuş indi ölkəsinin ən populyar qadınları siyahısında ilk yerlərdən birində qərarlaşır.
Yalnız öz ölkəsində və Afrika qitəsində deyil, Avropa və Asiyada da tanınan, Bakıda dünyaya gəlmiş İzabel duş Santuşun həyatı ilə bağlı maraqlı məqamları təqdim edirik.
Vaxtilə Azərbaycan Neft Akademiyasının məzunu olmuş Anqola prezidenti Joze Eduard duş Santuşun bakılı Tatyana Kukanova ilə nikahından dünyaya gələn ilk övladı hələ uşaq yaşlarından etibarən iqtisadiyyat, müxtəlif maliyyə əməliyyatları ilə maraqlanır.
Böyük Britaniyada elektrotexnika üzrə təhsil alan İzabel gələcək həyat yoldaşı, Konqodan olan milyarder Sindiko Dokolo ilə elə orda tanış olur. Evlənməyi qərara alan cütlüyün toy mərasiminə külli miqdarda – 4 milyon dollar pul xərclənib. Təkcə onu demək kifayətdir ki, toya dəvət olunmuş 800 nəfərlik qonağın yarısı İzabel və Sindikonun qohumları idi. Onların arasında xeyli sayda rəsmi şəxs, hökumət nümayəndələri, işgüzar adamlar vardı.
Cütlüyün bu nikahdan 3 övladı dünyaya gəlib.
Ötən əsrin 90-cı illərində Londona qayıdan İzabel burada alman şirkətində çalışmağa başlayıb. Daha sonra isə yükdaşıma biznesinə girişib.
Bu çabaların nəticəsidir ki, 1997-ci ildə artıq onun şəxsi biznesi vardı. Luandadakı ilk gecə klubu və çimərlik restoranı olan “Miami Beach Club” İzabelin gəlirlərini artırırdı.
Rəqabətli biznesə girişmiş qadın bütün bunlarla müxtəlif şirkətlərdə çalışmaqla yanaşı, Anqolada və ölkənin sərhədlərindən kənarda bir neçə holdinq yaratmağa müvəffəq oldu. Ən böyük sahibkarlardan və sərmayəçilərdən biri olaraq müxtəlif biznes əməliyyatlarına girişir.
Portuqaliya və Anqolanın bir neçə nəhəng şirkətinin səhmdarı kimi fəaliyyət göstərən İzabel hətta 2014-cü ildə “İlin afrikalı qadını” elan edildi.
Neft və almazı özünün kommersiya maraqlarına daxil etmiş bakılı qadın sement istehsalı ilə məşğul olan “Nova Cimangola” şirkətinin səhmdarına çevrildi. Portuqaliyada və ölkəsində bankların rəhbərliyində təmsil olunan İzabelin adı indi dünyanın ən güclü sərmayəçi qadınlarının siyahısında ilk yerlərdən birində qərarlaşıb.
Qeyd edək ki, bir müddət əvvəl “Forbes” jurnalı 42 yaşlı qadını Afrikanın ilk milyarder qadını elan edib.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 927 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 924 dəfə oxunub
- Emin Ağalarov söz verdi 923 dəfə oxunub