Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyada baş vermiş ən böyük fəlakət hansıdır?

Qurani-kərimə əsasən Nuh peyğəmbərin (Allahın ona salamı olsun) dövründə baş vermiş tufanda onun gəmisinə minənlərdən başqa bütün insanlar məhv olmuşdur. Uca Allah buyurur: "Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik. Yerdə qalanları isə suya qərq etdik" (əş-Şuəra, 119-120)
"Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz Nuha dedik: "Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir". Əslində, onunla birlikdə az adam iman gətirmişdi" (Hud, 40)
"Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: "O, dəlidir!"- dedilər və ona hədə-qorxu gəldilər. O, Rəbbinə yalvarıb: "Məni üstələdilər! Mənə kömək et!"- dedi. Biz göyün qapılarını leysan yağışı ilə açdıq. Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu. Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq. İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi. Biz onu (həmin hadisəni) nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı? Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!" (əl-Qamər, 9-16).
Qurana əsasən, hazırda dünyada yaşayan insanlar hamısı Nuh və onunla birlikdə gəmiyə minənlərin nəslindən törəyənlərdir. Uca Allah buyurur: "Təkcə onun nəslini qoruyub saxladıq" (əs-Saffat, 77)
Məşhur Quran təfsirçisi ibn Kəsir demişdir. Gəmiyə minənlərin sayı barəsində müxtəlif fikirlər var. Səhabələrdən İbn Abbas (Allah ondan razı olsun) gəmiyə minənlərin 80 kişi və onların arvadları, Kəb əl-Əhbər  (Allah ondan razı olsun) ümumilikdə 72 nəfər olduqlarını demişlər. Onların 10 nəfər olması fikri də var. Həmin vaxt suyun səviyyəsinin dünyanın ən hündür dağından 15 və ya 80 dirsək hündür olduğu rəvayət edilir. Daşqın nəticəsində yer üzündə gəmidəkilərdən başqa heç kim sağ qalmamışdır
Bu haqda daha ətraflı Hud surəsinin 25-ci ayəsindən 49-cu ayəsinə və əl-Mu'minun surəsinin 23-cü ayəsindən 51-ci ayəsinə qədər oxuyun.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...