Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kişilər MÜTLƏQ oxusun - qadınların sevmədiyi tiplər

Kişilər çox vaxt qadınların mürəkkəb varlıq olmasından, onları heç cür başa düşə bilmədiklərindən şikayətlənirlər.

Əslində isə qadınları başa düşmək o qədər də çətin deyil. Onlar çox vaxt sevmədikləri xasiyyəti mütləq dolayı yolla da olsa, kişilərə bildirirlər. Qadının nə istədiyini bilmək üçün sadəcə müxtəlif situasiyalarda onun reaksiyalarına, sözlərinə fikir vermək lazımdır.
Ancaq qadınların nə olursa olsun, sevmədikləri kişi tipləri də var. 

Mynews.az kishi.az-a istinadən həmin kişilər haqqında məlumatı oxucularına təqdim edir. Qadınların sevgisinin qazanmaq istəyirsinizsə, aşağıdakı xüsusiyyətlərdən uzaq olun.
1. İşinə nifrət edən kişilər
Demək olar ki, hər birimiz günün əksər hissəsini iş yerində keçiririk. Bəs bilirsiniz ki, nifrət etdiyiniz iş yerində keçirilən uzun saatlar qədər münasibətinizi korlayan ikinci bir amil yoxdur. Çünki çox vaxt nə qədər istəməsək də, işdə olanları evimizə, ailəmizə də daşıyırıq. İşdəki mənfi auranı evə daşıyan həyat yoldaşı isə heç bir qadının arzuladığı "ağ atlı şahzadə” deyil. Bu halda qadınınız onsuz da sizə kömək edə bilməyəcək. Əmin olun ki, öz qayğılarınızla onun əhval-ruhiyyəsini korlamağınız heç birinizi xoşbəxt etməyəcək.
2. Anası barədə çox danışan kişilər
Anasını sevən, onun fikirlərinə xüsusi diqqət yetirən, hər mövzunu anası ilə əlaqələndirən kişilər və anasını heç sevməyən, tez-tez ondan şikayət edən kişilər. Qadınlar bu tiplərin heç birini sevmirlər. Onlar sizin ananıza hörmət edirlər. Ən azından ona görə ki, sizi o böyüdüb. Ancaq əmin olun ki, hər dəqiqədən bir ananızı tərifləməyinizə, və ya əksinə, ondan şikayətlənməyinizə heç bir qadın uzun müddət dözməz.
3. Tez-tez tərif eşitmək istəyən kişilər
Sizin ona ağıllı, əyləncəli, yaraşıqlı olduğunu deməyiniz kifayət deyil. O, bunu başqa insanlardan da eşitmək, hiss etmək istəyir. Nəinki istəyir, hətta bunun üçün dəridən qabıqdan çıxır. Bu artıq kişinin tərgidə bilmədiyi xasiyyəti halına çevriləndə isə qarşı tərəf tez, ya gec buna sərt reaksiya verir.
4. Qadınınızın tanımadığı kişi dostlarınız
Davamlı olaraq e-maillə, telefonla kiminləsə danışan, mesajlaşan, tez-tez dostları ilə görüşən, amma bu görüşlərin heç birinə xanımını dəvət etməyən kişilər. Qadınlar kişilər üçün xüsusilə təhlükləlidir. Çünki bu zaman qadınınız düşünür ki, sizin üçün dostlarınızla vaxt keçirmək onunla vaxt keçirməkdən daha maraqlıdır və xanımınız maraqsız olduğu üçün siz onu dostlarınızla tanış etməkdən utanırsınız. Bu kimi davranışlarınız davamlı hal aldığı zaman qadınınız düşünür ki, siz mütləq onu aldadırsınız.
5. Qadınının xilaskarı olmağa çalışan kişilər
Söhbət özünü "qəhrəman” kimi göstərməyə çalışan kişilərdən gedir. Bu kişilər tez-tez qadınına ağıl verir, onu düşdüyü vəziyyətdən qurtarmağa, öz problemlərini bir kənara qoyub, qadınının problemini həll etməyə çalışırlar. Belə tip kişilər sadəcə onlara ehtiyac olduğunu hiss etmək istəyirlər. Bu cür sıxıcı və yorucu birini kim sevər!?
6. Qadınını hər şeyə, hamıya qısqanan kişilər
Bu qrupa hətta ən dözülməz kişi tipləri də deyə bilərik. Əmin olun ki, heç də bütün qadınlar qısqanc kişiləri sevmirlər. "Mən sevdiyimə görə qısqanıram”, "Sənə güvənirəm, amma ətrafdakılara yox” kimi sözlərlə hələ də qadınınızı inandıracağınızı gözləyirsinizsə, yanılırsınız. Heç bir qadın onun davranışını, geyimini formalaşdırmağa çalışan, onu öz istəklərinə görə istiqamətləndirən bir kişi ilə uzun müddət birlikdə olmaq istəməz.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...