Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mükəmməl ayaqlar üçün 5 məsləhət - FOTOLAR

Gün ərzində bədənin yükünü daşıyan ayaqlara da lazımi olduğu qədər diqqət yetirilməlidir. Xüsusi ilə yay mövsümündə ayaqlara qulluq əl və üzə qulluq qədər önəmlidir. Bunun üçün salona getməyə ehtiyac yoxdur, ev şəraitində bir neçə asan üsulla yumşaq və baxımlı ayaqlara sahib ola bilərsiniz.

Mynews.az
publika.az-a istinadən xəbər verir ki, ayaqlara ev şəraitində qulluq etməkdə çətinlik çəkənlər üçün bir neçə tövisyə hazırlayıb.
1. Nəmləndirin
Mükəmməl ayaqlar üçün 5 məsləhət - FOTOLAR

Hamar və yumşaq ayaqlara sahib olmaq üçün ilk növbədə ayaqları nəmləndirməlisiniz. Bunun üçün müxtəlif ayaq kremləri ilə yanaşı, hind qozu yağı kimi təbii vasitələrdən də istifadə etmək olar.

2. Fırçalayın
Mükəmməl ayaqlar üçün 5 məsləhət - FOTOLAR

Ayaqları fırça ilə təmizləmək qan dövranın fəaliyyətini yaxşılaşdırır, limfa düyünlərini nizama salır, orqanizminizin toksinlərdən təmizlənməsinə kömək edir, həmçinin sellülitlərlə mübarizədə effektlidir. Bunun üçün adi fırça götürüb dairəvi hərəkətlərlə ayaqları ehtiyatla fırçalayın. Bu zaman da sudan, yaxud yağlardan istifadə etmək lazım deyil. Həftədə 2 və ya 3 gün duşdan əvvəl tətbiq edin.

3. Pilinq edin
Mükəmməl ayaqlar üçün 5 məsləhət - FOTOLAR

Pilinq dərini ölü hüceyrələrdən təmizləyib ayaqlarınızın parlaq və hamar görünmələrini təmin edəcək.

Ayaqlar üçün pilinq resepti:
Ərzaqlar:
½ su stəkanı qədər şəkər tozu
1 stəkan zeytun yağı
5 xörək qaşığı limon suyu
Hazırlanması:
Bütün vəsaitləri qarışdırıb ayaqlara masaj edərək tətbiq edin və yaxalayın.
4. Məşq edin
Mükəmməl ayaqlar üçün 5 məsləhət - FOTOLAR

İncə və cazibədar ayaqların ən mühüm sirri mütəmadi olaraq məşq etməkdir. Yeriş, qaçış, squat və plank ayaqları qısa müddətdə incəldir.
5. Digər təkliflər

Mükəmməl ayaqlar üçün 5 məsləhət - FOTOLAR

Uzun müddət ayaqda durmayın. Bu, ayaqlarda varikoz yaranmasına səbəb ola bilər.
Ayaqlarınızı günəşin zərərli şüalarından qoruyun və SPF tərkibli kremlər istifadə etməyi unutmayın, duşda ayaqları yaxşıca kisələyin.
Ayaqları soyuq su ilə yaxalayın, bu, qan dövranını sürətləndirir.
Yorğun olduğunuz vaxtlarda yaxud da kompüter önündə çalışarkən qan dövranını tənzimləmək üçün ayaqlarınızı yuxarı qaldırın.
Ayaqlarda ləkə və ya kapilyar damarlar əmələ gəlirsə, dermatoloqla məsləhətləşin.
Sonda isə dikdaban ayaqqabı geyinməyi tövsiyə edirik. Beləcə ayaqlarınız daha uzun və zərif görünəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...