Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prospektdə öpüşənlər həbs olunur... - Qeyri-adi qadağalar və inanılmaz cəzaları

Bəzi ölkələrdə qolsuz köynəkdə avtomobil idarə etmək, göyərçin bəsləmək, saqqız çeynəmək belə qadağandır. Və bu qadağaları pozanlara müxtəlif formada inanılmaz cəzalar tətbiq olunur. 

Mynews.az-ın Moderator.az-a istinadən təqdim etdiyi bu yazıda bəzi ölkələrdə tətbiq olunan qeyri-adi qadağalar və onların cəzaları haqqında məlumatlar əldə edəcəksiniz:

- İtaliyada göyərçin bəsləmək qadağandır. Bu qanunun ən qatı olduğu yer Venesiyadır. Göyərçinlərin tarixi tikililərə murdarlamasndan bezən rəsmilər göyərçin bəsləyənlərə 50-600 dollar məbləğində pul cəzası tətbiq ediblər. 

- Tailandda üst geyimsiz maşın sürməyin cəzası  10 dollardır.

- Almaniyada benzinin yolun ortasında qurtarması qanunlara ziddir. Çünki Almaniyada şosedə "dayanmaq" qadağandır. Maşından düşüb piyada yola davam etmək istəsəniz, bu da cinayət dairəsinə girir; Çünki Almaniyada şosedə getmək də yasaq.

- Sinqapurda saqqız çeynəmək, yerlərə tüpürmək, tualetdə sifonu çəkməmək kimi davranışların hər birinin cəzası 100 dolları keçir.

- İtalyanın Reggio Qaloti şəhərində tarixi binaların pillələrində oturmaq qadağandır.

- Kanadada yağış yağarkən qazonları suvarmaq, qapı və pəncərələrin çəhrayı rəngə boyanması məcburidir.

- İsveçrədə bazar günləri paltar asmaq qadağandır.

- Amerikanın Alabama əyalətində motorlu nəqliyyat vasitəsi istifadə edən bir sürücünün göz bağı istifadə etməsi qadağandır. Şalvarın arxa cibində dondurma saxlamaq qadağandır.  

- Jasper şəhərində bir kişinin həyat yoldaşını başbarmağından qalın bir dəyənəklə döyməsi qadağandır. 

- Li şəhərində çərşənbə günləri günəş batdıqdan sonra fıstıq satmaq qadağandır. 

- Arizona ştatında bir kaktus kəsməyin cəzası 25 ilə qədər həbsdir. Qırmızı maska ilə işlənən yüngül bir cinayət "ağır cinayət" sayılır. 

- Globe şəhərində bir qızıldərili ilə küçədə kart oynamaq qadağandır. 

- Haydenda dovşanları və qurbağaları narahat edənlərə pul cəzası kəsilir. 

- Mohave şəhərində şorba oğurlayarkən tutulmağın cəzası şorbanı oğrunun basindan asağı tökməkdir.

- Kaliforniyada heyvanların meyxanalar və məktəblərə yaxın sahələrdə cütləşməsi qadağandır. Hərəkətdə olan bir motorlu vasitədən heyvanlara atəş açmaq qadağandır. Bu qanunun tək istisnası balinalardır. 

- Arcdia şəhərində tovuzquşlarının yolda keçid üstünlüyü var. 

- Los Ancelesdə bir kişinin həyat yoldaşını 5 sm-dən daha qalın bir kəmərlə döyməsi qadağandır. 

- Connecticutdə velosipedi saatda 90 kilometrdən artıq sürətlə sürmək qadağandır. 

- New Britain şəhərində yanğın yerinə belə getsə yanğınsöndürmə avtomobilləri saatda 40 kilometrdən artıq sürətlə hərəkət edə bilməz. 

- Floridada gözəllik salonlarında qadınların fen aparatında saçları qurudularkən yatmaları qadağandır. Evli olmayan qadınların bazar günləri paraşütlə tullanması qadağandır. At oğurluğunun cəzası edamdır.

- Amerikanın Little Rok qəsəbəsində prospektdə öpüşənlər həbslə cəzalandırılır.

- Cənubi Dakotada bir ağ dərili öz evində və ya evinin ətrafında beşdən çox qızıldərili görsə, öldürə bilər. Qızıldərililər "təcavüzkar tərəf" kimi qəbul edilir. 

- Ontarioda xoruzların şəhər sərhədləri daxilində banlaması qadağandır.

- Şimali Karolinada bir evdə intim münasibət olacaqsa, bütün pərdələr bağlanmalıdır. Həmçinin oral seks təbiətə qarşı törədilmiş bir cinayət sayıldığı üçün qadağandır.

- Mississipi əyalətində isə oral cinsi əlaqənin cəzası on ilə qədər həbs  cəzasıdır. 

- ABŞ-ın Marlandda əyalətində bir şiri kinoya aparmaq qadağandır. 

- Ocean Citydə üzərkən yemək yemək qadağandır.

- Montanada bir qadının həyat yoldaşına aid bir məktubu açması ağır cinayətdir.

- Klinton ərazisində dövlətə aid bir binaya söykənmək qadağandır. 

-  Evreka şəhərində bığlı kişilərin qadınları öpməsi qadağandır.

- Kentucky ştatında eyni kişi ilə 4 dəfə evlənib boşanmaq qadağandır.  

- Michiganda qadının saçı qanunən ərinə aid sayılır. Həmçinin, eyni əyalətdə avtomobildə sevişmək də qadağalar arasındadır.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...