Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərindən boşanan müğənnidən dəhşətli etiraf - "Ərim məni..."

İfaçı 8 il yaşadığı dəhşətdən danışıb

"Spice girls" qrupunun solisti Mel Bi ötən ilin sonu həyat yoldaşı Stiven Belafontedən ayrılıb. Ayrılmadan aylardan keçdikdən sonra, onların boşanması haqda dəhşətli məlumatlar yayılıb.

Müğənni bildirib ki, onun həyat yoldaşı mütəmadi olaraq onu döyüb və qrup şəklində seskə vadar edib. Eyni zamanda uşağın dayəsi ilə ona xəyanət edib. Bu haqda məhkəmə qərarı olmasa da, indidən Belafonta 6 yaşlı qızı Medison ilə görüşməyə və keçmiş həyat yoldaşına yaxınlaşmağa icazə vermirlər.

İfaçının anası və bacısı da yaranmış qalmaqalda Melin tərəfini tutub və onu müdafiə ediblər. Müğənninin bacısı Daniel hətta bacısının ailəli olduğu 8 il müddətində daima Stiven tərəfindən təhqir olunduğunu danışıb:

"Stiven Belofonte bacım ilə 8 illik evlilik müddətində hər zaman məni və anamı təhqir edib və deyib ki, biz heç vaxt bacımızı görməyəcəyik. İndi isə mən sevinib, bayram edirəm ki, o, çox böyük səhv edib. Ümid edirəm ki, Stiven, Loreyn Cils və Mişel Blyu (Belofontenin müğənniyə xəyanət etdiyi xanımlar) həbs olunacaqsınız və cəhənnəmdə yanacaqsınız".

Müğənni hətta əlavə edib ki, uşaqlarının dayəsi keçmiş ərindən hamilə də qalıb. Lakin Loreyn abort edib.

Bu azmış kimi dünya şöhrətli müğənninin ailəsi haqda daha dəhşətli faktlar ortaya çıxıb. Məlum olub ki, Stiven zor gücünə Meli "Playboy" imarətinə apararaq (qanuni fəaliyyət göstərən fahişəxana), oradan 2 qız seçməyi tələb edib. Sonra isə müğənnini sərxoş edərək, birlikdə intim əlaqəyə girib.

Belofonte müğənninin intim görüntülərini lentə alaraq bütün illər boyu onu şantaj edib. O, bütün istəklərini yerinə yetirmək üçün həmin video görüntülərdən istifadə edib.

Ərindən boşanan müğənnidən dəhşətli etiraf: "Ərim məni..."

Mənbə:istipress

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...