Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağıllı saatlar - FOTOLAR

LG şirkətinin gələn ay təqdim etməyə hazırlaşdığı “ağıllı” saatların fotoları yayılıb.

Mynews.az İKT.lent.az-a istinadən xəbər verir ki, fotoları jurnalist Evan Blass öz “Twitter” səhifəsində yerləşdirib. “Watch Style” adlı saatlar “Google” ilə birlikdə hazırlanıb.  

Saatların təqdimatı yeni “Android Wear 2.0” əməliyyat sisteminin istifadəyə verilməsi ilə eyni anda olacaq. Saatların azı iki rəng çaları – boz və çəhrayı rəngdə buraxılacağı bildirilir. Qiymətin 250 dollar civarında olacağı gözlənilir ki, bu da “Apple Watch Series”in ən ucuz versiyasından daha ucuzdur. 

Jurnalist “LG Watch Sport” saatlarının da fotosunu yayıb. Bu versiya “Watch Style”dan daha iri görünür. Onun qiyməti 100 dollar baha olacaq.

Yeni “Android Wear 2.0” əməliyyat sistemi isə “Android Pay” və “Assistant” səs köməkçisi funksiyalarına malik olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...