Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Meymunlarla yaşayan qız haqda şok iddialar ortaya çıxdı - VİDEO

Mynews.az beynəlxalq xəbər agentliklərinə istinadən bildirir ki, bu günlərdə Hindistanda meymunlarla yaşayan bir qız uşağı tapılıb. 8 yaşındakı bu qız nə yeriyə, nə də danışa bilir. Meymun kimi 4 ayaqla yeriyir və əcayib  səslər çıxarır.
Həkimlər bu qızın əngəlli olduğu üçün valideynləri tərəfindən meşəyə atıldığını iddia ediblər.
Bölgənin meşə gözətçiləri müdiri JP Singh qız uşağının meşənin dərinliklərində deyil, yol kənarında tapıldığını bildirib: “Məncə bu cocuğun ailəsi qızın danışmadığının fərqində olub, bu səbəbdən onu yol kənarına buraxıb gediblər. Meymunlarla yaşayırsa da bu çox da uzaq bir zamandan olmaya bilər”.
Sing daha sonra deyib: “Hindistanda insanlar qızları istəmirlər. Bu qızın həm də əqli və fiziki əngəlləri var. Görünür ona görə də valideynləri gətirib bura atıblar”. 
Ölkədəki fəallar da Hindistanda qız uşaqlarına oğlanlara nisbətən daha az dəyər verildiyini, əngəlli qız cocuğu olan ailələrin bu cocuqlardan qurtulmaq istədiklərini, bu qızın da böyük ehtimalla bu səbəbdən meşəyə buraxıldığını bildiriblər.
Qızı  müayinə edən həkim Ankur Lal:  “Qız tapıldığında aqressiv davranırdı. Tualet alışkanlığı və  hər hansı bir ünsiyyəti yoxdu. Bu səbəbdən uzun müddətdir meşədə yaşadığını təxmin edirik” – dedi.
Doktor kiçik qızın xəstəxanaya gətirildiyindən bu yana sürətlə yaxşılaşdığını qeyd edərək, cocuğun insanlar tərəfindən yetişdirildiyinə inandığını bildirib.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...