Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyanın ən məşhur 5 metroseksualı - VİDEO

Tam adı Vilyam Bradli Pitt olan Hollivud aktyoru 54 yaşında olmasına baxmayaraq, görünüşü ilə bəzi gəncləri belə geridə qoyur. Filmlərlə yanaşı, reklamlarda da rol alan ulduzun hobbisi memarlıq, dizayn interyer, üzgüçülük və motosiklet sürməkdir.

Bred Pitt fiziki xüsusiyyətləri ilə deyil, aktyor bacarıqları ilə ön plana çıxmaq arzusunu “True Romance”, “Interview with the Vampire” kimi əsərlərə çəkilən filmlərdə rol almaqla reallaşdıra bilib.

Hətta Bred Pitin çəkildiyi bir reklam filmi Malaziyada nümayiş olunduqdan dərhal sonra yayımına qadağa qoyulub. Buna səbəb kimi aktyorun yaraşıqlı olması və Malaziya kişilərinin bunu təhqir olaraq qəbul etməsi olub.

Hollivudun digər yaraşıqlı siması Tom Kruz 1962-ci ildə ABŞ-da doğulub. 55 yaşında olsa da, 30 yaşında kimi görünür. Aktyorun gənc qalmaq üçün çoxsaylı plastik əməliyyatlar keçirdiyi deyilir. Əməliyyatların peşəkar şəkildə aparılması isə onun simasında dəyişiklik yaratmır.

Hind kinosunun Tom Kruzu kimi tanınan 52 yaşlı ulduz Şahrux Xan dünyanın ən populyar aktyorlarından hesab edilir. "Romantikanın kralı" öz xarici görünüşü ilə də daim diqqət mərkəzindədir. Aktyor görünüşünə görə xüsusi həssaslıqla yanaşdığı qidalanma rejiminə borclu olduğunu deyib.

Xarizmasıyla əfsanələşən kişilərdən olan Antonio Banderas Hollivudda məşhurluq qazanan ilk ispan aktyorudur. 1983-cü ildə kino karyerasına ilk addımlarını atan Banderas xüsusilə 1998-ci ildə Ketrin Zeta Cons ilə birlikdə "The Mask of Zorro" filmi ilə dünyaya səs saldı. Filmdən sonra Banderas aşiqlərinin sayı xeyli artdı.

"Eurovision 2008"-in qalibi Rusiyalı müğənni Dima Bilan da çoxsaylı pərəstişkar ordusuna malikdir. Görkəminə daim xüsusi diqqət yetirən ulduz üzgüçülüklə məşğul olmağı sevir. 36 yaşlı Dima artıq çəki almamaq üçün daim pəhriz saxlayır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...