Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Barbi gəlincikləri uşaqlar üçün çox ZİYANLIDIR

Böyük Britaniya alimləri çoxsaylı araşdırmalar nəticəsində belə qərara gəliblər ki, Barbi və bunun kimi gəlinciklər uşağın inkişafı və sağlamlığı üçün ziyanlıdır.
Xarici KİV-lərin məlumatına görə, araşdırmalar göstərib ki, Barbi gəlincikləri qızlarda sağlam olmayan stereotiplər yaradır - yalnız arıq insan gözəl ola bilər. Arıqlıq gözəlliklə bərabərləşdirilir və bu da uşaqlarda psixoloji komplekslərin yaranmasına səbəb olur. Bu isə uşağın sağlamlığı və gələcəyi üçün ziyanlıdır. Bəzən qızlar "Barbi kimi" olmaq üçün arıqlamağa çalışır, yeməkdən imtina edir, hətta onlarda anoreksiya inkişaf edir.
Digər tərəfdən alimlər sübut edir ki, daim Barbilərlə oynayan uşaqların yaradıcılıq aktivliyi, fantaziya, təxəyyül normal inkişaf etmir. Nəticədə böyüyəndə onlar elm və texnika kimi sahələrdə uğur qazana bilmir.
Alimlərin fikrinə görə uşaqların inkişafı üçün ən faydalı oyuncaqlar müxtəlif "konstruktor"lardır. Məhz bu tip oyuncaqlar uşaqlarda təfəkkür, fantaziya, yaradıcılıq qabiliyyətinin inkişafı üçün xüsusilə faydalıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...