Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Belə səyyah görməmisiniz - Nəhəng çarxını fırlada-fırlada dünyanı gəzir - VİDEO - FOTOLAR

Qeyri-adi səyyah görənləri mat qoyur.

Adətən insanlar müxtəlif nəqliyyat vasitələrindən istifadə edərək dünya səyahətinə çıxırlar.

ARB 24 xəbər verir ki, Alman vətəndaşı olan Şahin Sadathüseyni isə fərqlilik edib. Belə ki, o, ölkələrə nəhəng çarxı ilə səyahət edib.

İran əsili Alman vətəndaşı Şahin Sadathüseyni artıq bir neçə gündür ki, ölkəmizdə səfərdədir. İçərisinə əşya bağladığı nəhəng və ağır çarxı ilə xeyli marağa səbəb olan səyyahın növbəti dayanacağı Şəmkir olub.

44 yaşlı səyyah Azərbaycana gələnə qədər 9400 kilometr yol qət edib. Bir çox Avropa ölkələrində olan səyyah xalqımızın qonaqpərvər, yardımsevər olduğunu söyləyir. Səyyah Şəmkirdən sonra Gəncəyə gedəcək.

Daha sonra isə sonra cənub istiqamətində yol alıb, Astaraya, oradan da İrana səfər edəcək. Bununla da Şahin Sadathüseyninin səfəri başa çatacaq.

Belə səyyah görməmisiniz - Nəhəng çarxını fırlada-fırlada dünyanı gəzir - VİDEO
Belə səyyah görməmisiniz - Nəhəng çarxını fırlada-fırlada dünyanı gəzir - VİDEO

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...