Həkimin bir sualı 140 kq-lıq qadını tanımaz hala saldı - FOTOLAR
Həkimin bir sualı Marina Dessimulini tanınmaz hala salıb.
Parisdə yaşayan 29 yaşlı Marina Dessimulinin çəkisi qeyri-sağlam qidalanma nəticəsində 140 kq-a qədər artıb. Köklükdən əziyyət çəkən qadın 2015-ci ildə müalicə üçün xəstəxanaya gedib. Getdiyi həkim ona "Nişanlın səni bu halda sevirmi" sualını verib. Bu sualdan təsirlənən Marina həyatını tamamilə dəyişdirmək qərarına gəlib. O, pis qidalanma vərdişindən imtina edərək ağır pəhrizə başlayıb. Bir müddət sonra o, 140 kq-dan 76 kq-a qədər arıqlamağa nail olub.
2018-ci ildə ailə qurmağa hazırlaşan Marina 69 kq-a qədər arıqlamaq niyyətindədir. O, verdiyi açıqlamada kök olduğu üçün gəzəndə belə çətinlik çəkdiyini söyləyib:
"Heç nə edə bilmirdim, yerimək belə əziyyət olmuşdu. Normal paltarlar geyinə bilmirdim. Metroda oturmağa, ya da dostlarımla əylənməyə qorxurdum. İndi sadəcə yaşamaq və qadın olmaq istəyirəm. Özümü azad hiss edirəm. İstədiyim şeyləri geyinə, qoça və tullana və dostlarımla rəqs edə bilirəm. Ən əsası isə daha bədənimdən utanmıram"./Publika.az
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1132 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1120 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1120 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1118 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1009 dəfə oxunub