Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“2050-ci ildə dünya məhv olacaq...” - Ruhların verdiyi ŞOK MƏLUMATLAR

 

Türk "spritüalistlər"in, yəni "ruhçular" ın çoxu yarım əsr boyu gizli qalan və bu günlərdə nəşr olunan bir kitabın "kainatın sirlərini verdiyinə" inanırlar.

İlk öncə həmin kitab barəsində qısa məlumat verək: 1959-ci ildə "Öndər" adlı "yüksək bir ruh" tərəfindən bir ekstrasensə yazdırılan və Türkiyədə "ruhçuluğun banisi" kimi tanınan Dr. Bədir Ruhselman tərəfindən təşkil olunan "İlahi Nizam və Kainat" adlı kitab 54 il ərzində notarius və bank kassalarında mühafizə edilib. Bir qrup "ruhçu" bu kitabın ötən günlərdə dərc olunması ilə kainatın bilinməyən bir çox sirrinin ortaya çıxdığına inanır. 

Türkiyədə bir neçə yüz və ya min nəfərdən ibarət bir çevrə əlli ildir kassalarda saxlanan bu kitabda nələrin yazılmış olduğunu və nəşr olunmasını gözləyirdi. "İlahi Nizam və Kainat" adlı bu sirli kitab yazılmasından 54 il sonra nəşr olunub və həvəskarlar arzularına çatıb. Kitab iddia edildiyinə görə, "yüksək aləmlər" tərəfindən verilən məlumatların bir yığmasıdır. Türkiyədə "ruhlarla təmas" axınının banilərdinən Dr. Bədir Ruhselman tərəfindən 1950-li illərin sonlarında keçirilən ruh iclaslarında, yəni bir ekstrasens vasitəsi ilə ruhlarla əlaqə yaradıldığına inanılan iclaslarda "Öndər" adını istifadə edən bir ruh tərəfindən verilən bu "məlumatlar" 54 il ərzində saxlanmış və nəhayət kitab olaraq ortaya çıxmışdı.

Dr. Bədir Ruhselman kimdir?

Doktor Ruhselman ruhçuluq işinə kiçik yaşlarında ikən "Cinlərlə Yazışma" adlı bir kitabın təsiri altında qalaraq girir, ruhi sınaqlar və "iclaslar" keçirməyə başlayır. Çexoslovakiyada konservatoriya bitirərək skripka icraçısı olur, 1926-cı ildə Türkiyəyə qayıdır, bir müddət musiqi müəllimliyi edir. Daha sonra da Tibb Fakültəsini bitirir, həkim olaraq Əfqanıstanda yerləşir, Türkiyədə də illərlə həkimlik edir, peşəni uzun illər davam etdirərkən ekstrasenslər vasitəsi ilə minlərlə ruh iclasını idarə edir. 1946-ci ildə  "Ruh və Kainat" adlı üç cildlik məşhur əsərini nəşr etdirir.

 

Doktor Ruhselman, sonrakı illərdə ard-arda çıxardığı "Ruhlar Arasında", "Allah" və "Müqəddərat və İcabat" kimi kitablarla çox sayda adamın ruhçuluqla məşğul olmasını təmin edir. "Ruh nədir, insan öləndə necə bir aləmə gedir, başqa dünyada həyat necədir, yeni həyat hansı şərtlər altında baş verir və ruhlarla necə danışılır?" kimi məsələlərdən bəhs etdiyi kitabları "ruhçuluq ədəbiyyatının klassikləri" halını alır və Türkiyədə bu işlərə marağı daha da artırır.

İdda olunur ki, Bədir Ruhselmanın 1950-ci illərin sonlarında etdiyi iclaslara "Öndər" adını verdikləri bir "yüksək ruh" gələrək iclasların ekstrasensi Attila Güyerə bəzi "yüksək məlumatlar" verib. Doktor Ruhselman bundan bir neçə ay sonra ölərkən, özünün "spatyom" dediyi "ruhlar aləminə" köç edərkən "Öndər" in məlumatlarını üç nüsxə halında yazıdırıb, notarius kassasına qoyulmasını vəsiyyət edir.

 

Kitabdakı ŞOK MƏLUMATLAR

İndi də yarım əsrdən artıq bir zaman ərzində kassalarda saxlanan və "vaxtı gəldiyi üçün nəşr olunduğu" deyilən kitabdan əlavə şərhə yol vermədən iki kiçik hissəsini təqdim edirik:

Yarım əsrdir saxlanan kitaba görə, bəşəriyyətin gələcəyi heç də parlaq deyil, bəşəriyyəti pis bir gələcək gözləyir. Yazılana görə, iqlimlər dəyişəcək, zəlzələlər artacaq, quraqlıqlar başlayacaq, 2050-ci ildən etibarən buzlaqlar əriməyə başlayacaq və dünya son dərəcə isinəcək. Sonrakı illərdə təbiət çox böyük dərəcədə dəyişəcək, insanlar kütlələr halında öləcək, "dünyada yaşamaq çox əzablı və əziyyətli bir hala gələcək", qitələr batacaq, yeni qitələr ortaya çıxacaq və bəşəriyyət qədim ibtidai vaxtlarına qayıdacaq.

Amma narahat olmayın, bütün bu fəlakətlər dünya həyatı ilə məhdud qalacaq, "yüksək planlara" yəni "o biri tərəfə" keçməyəcək, ölənlər öldükləri anda bu fəlakətlərin hamısını unutmuş olacaqlar.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...