Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tullantılardan maraqlı və faydalı ixtira - VİDEO

Soyuducu, paltaryuyan, televizor kimi tullantıya çevrilmiş elektron avadanlıqlar ya da onların hissələrini yeni qurğuya çevirir. Zaqatala sakininin sonuncu ixtirası isə təsərrüfat və məişət işlərində sahibinə xeyli kömək edir. Bu texnika bir neçə işi eyni anda görə bilir.
 
Yeri şumlayır, torpağı yumşaldır, arxasınca isə kartof və və digər tərəvəzləri əkir. 43 yaşlı Zaqatala sakininin düzəltdiyi texnika bir neçə işi eyni anda görə bilir. Ramiz Qarəhmədov ixtisasca istismarçı texnikdir.Məktəb illərindən fizikaya maraq göstərən qəhrəmanımız, hələ uşaq ikən belə istifadəyə yararsız radio, maqnitafon və başqa cihazları təmir etməklə ətrafındakıları təəccübləndirib. İndi isə fərqli texnikalar düzəldir.
Onun düzəltdiyi mini texnika təsərrüfatda xeyli iş görür. Ramiz motosikl mühərrikinə əlavə vasitələr quraşdıraraq gücünü çoxaldıb.
 
Onun ideyaları bununla bitmir.Kohnə paltaryuyan maşınından toyuq tükü təmizləyən qurgu düzəldib.
İnkubasiya aparatını düzəltmək üçün isə istifadəyə yararsız, atılmış soyuducu, koomputerlərin içərisində olan vintilyasiya sistemləri və rəqəmsal antenanın mühərrikindən istifadə edilib. Bu cihaz Eyni vaxtda 200 ədəd toyuq yumurtasından cücə çıxarmaq imkanına malikdir.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...