İcarəyə götürdüyü DVD diskin içərisindən pul və məktub çıxdı
ABŞ-da yaşayan bir qadın icarəyə götürdüyü DVD diskin daxilində 20$-lıq əskinazlar və naməlum adamdan məktub aşkar edib.
Bu barədə qadının qızı öz Twitter hesabında bildirib. Qızın sözlərinə görə onun anası sadəcə rahatlamaq və dincəlmək istəyib. Bunun üçün də o, "Deepwater Horizon” filminin DVD diskini icarəyə götürüb. Lakin qadın, gözlədiyindən daha çoxuna sahib olub. Belə ki, qadın, DVD diskin daxilində 100$ pul və Marcos adlı şəxsin adından yazılmış məktub tapb. "Əsasən özümə xərclədiyim 100$-ı mən hər ay kiməsə yardım etmək üçün verirəm. Bu dəfə mən pulu, DVD disk qutusunun içərisinə qoymağı qərara aldım. 2017-ci ildə siz ilk insansınız” – deyə məktubda qeyd olunub. Məktubun sonunda Marcos, pulun ağıl ilə xərclənməsini və ya ehtiyaclarının olmadığı halda başqa birinə vermələrini xahiş edib. "Çox sağol Marcos. Harda olduğundan asılı olmayaraq Tanrı səni qorusun” – deyə qadının qızı, sosial şəbəkədə öz təşəkkürünü bildirmişdir. Onun Twitter-dəki postu 4 gün ərzində 95.000 like və 31.000 retweet alaraq viral olub. Postu görmüş digər istifadəçilər də Marcos adlı naməlum şəxsə, sosial şəbəkə vasitəsilə təşəkkürlərini bildiriblər.
Loading...
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1098 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1085 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1085 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1082 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 985 dəfə oxunub
loading...