Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tarixin ən bərkgedən - 10 QANLİ MAFİOZU - FOTOLAR

Kriminal aləmlə mübarizə dünyanın hər zaman aktual problemlərindən biri olaraq qalmaqdadır. Doğru anladınız, bu yazımızda sizə mafiyadan, həmçinin bu qaranlıq aləmin 10 əfsanəvi simasından söhbət açacağıq.

Öncə ondan başlayaq ki, barəsində qan qoxuyan filmlər çəkilən, qorxulu kitablar yazılan mafiyanın nə vaxt, hansı səbəbdən, kim tərəfindən yarandığı bəlli deyil. 
Məhz buna görə, ədəbiyyatlarda bu sözün mənası, həmçinin mafiyanın bir qurum kimi yaranma səbəbi ilə bağlı müxtəlif fərziyyələrə, fikirlərə rast gəlmək mümkündür. 

BiG.AZ-ın araşdırmasına əsasən, bir qrup tədqiqatçılar mafiyanın tarixini daha qədimlərə aid edirlər. Onların iddiasına görə, mafiya ərəblərin Siciliyanı işğalı zamanı yaranıb. Özü də ərəb kəlməsi “maf(f)ja” - “qurtuluş yeri” sözündən götürülüb. 

İddiaya görə, guya həmin dövrdə siciliyalılar milli dəyərlərin təbliği üçün gizli təşkilat yaradıblar. Bu təşkilat da zadəgan Siciliya ailələri tərəfindən himayə olunurmuş. Sonradan ada vikinqlər, ardından ispanlar tərəfindən işğal olunanda yerli əhali qula çevrilməkdən qaçmaqdan ötrü vadilər arasındakı dayaq məntəqələrində – mafiyalarda gizlənirlər.

Yeri gəlmişkən, xatırladaq ki, Mario Pyüzonun məşhur “Xaç atası” romanında da siciliyalı mafiozlar sözün mənasını məhz “qurtuluş” kimi qəbul edirlər. 

Diqqət etdinizsə, mafiyanın yaranma tarixinin fərziyyələrinin hamısında Siciliya adı çəkilir. Bu mənada Siciliya mafiyası üzvlərinin özlərinin bu tarixə olan münasibətini yazmamaq mafiyaya qarşı çıxmaq kimi bir şey olar. Onu deməklə kifayətlənək ki, Siciliya mafiozları özlərini əsası 1185-ci ildə müqəddəs Fransiska di Paolo tərəfindən qoyulmuş təriqətin davamçıları hesab edirlər.

Mafia və ya Mafiya

Mafiya- qeyri-qanuni işlərlə məşğul olan, güc tətbiqi ilə bəzi gizli gəlirlər əldə edən təşkilatdır. Dünyada məlum olan heç bir dilində belə bir söz yoxdur. Bu söz qısaltma nəticəsində yaranıb. Sözün "Mafia"dır. Biz mafiya deyə oxuyuruq. Yaxşı, bəs bu "Mafia" nəyin qısaltmasıdır? İtalyanca bir şüarın baş hərflərindən yaranıb: “Morte Alle Francia, İtalia Anela!” Hər sözün baş hərfi götürüldükdə "Mafia" sözü yaranır. Şüarın mənası isə belədir: "Fransa ölsün, İtaliya rahatlansın!"

Bəli, müasir dövrümüzdə də müxtəlif cinayərkar qruplar mövcuddur. Bizə müasir görünsə də, bu cür qruplar elə əvvəllər də fəaliyyət göstəriblər. Onların öz başçıları, liderləri, bossları olub... Oxucularımıza dünyanın ən əfsanəvi və nüfuzlu mafiozlarının siyahısını təqdim edirik:

Al Kapone

Tarixin ən bərkgedən 10 QANLİ MAFİOZU

Alfons Forello Kapone və ya Al Kapone — Çikaqoda 1920-1930-cu illərin ən məşhur qanqsteri olub. Qumar biznesi ilə məşğul olan qanqsteri (Scarface) “Çapıqlı Üz” kimi də tanıyırdılar. Al Kapone həyatında 12 dəfə həbs olunub. 12 dəfə də maddi cərimə vasitəsilə azad edilib. Onun başçılığı ilə Çikaqoda 14 il ərzində 700 qətl hadisəsi baş verib. Bunlardan 400-ü elə Kaponenin əmr ilə olub. Al Kapone 1934-cü ildə həbs olunaraq Atlantaya aparılır, bir müddət qaldıqdan sonra Alkatras adasında yerləşən “Skala” həbsxanasına köçürülür. O, həbsxanadan xəstə vəziyyətdə buraxılır və sonrakı həyatını Floridada öz şəxsi evində keçirir. 25 yanvar 1947-ci ildə o beyin infarktı və sətəlcəm (ağciyərin iltihabı) xəstəliyindən vəfat edir. Onun cəsədi Floridadan Çikaqoya gətirilir. Axı Al-Kapone “Çikaqo Kralı” idi.

Laki Luçano

Tarixin ən bərkgedən 10 QANLİ MAFİOZU

Əslən Siciliyadan olan Laki Amerikada cinayət dünyasının rəhbəri olub. Əsl adı Çarlz idi. Düşmənləri onu döyüb, üzünü siqaretlə yandırıb, bədənini kəsərək, dəmiryolu reysinə bağlayırlar. Bütün bunlara baxmayaraq, Laki sağ qalır. Bu hadisədən sonra onun “Luki” ləqəbi tərcümədə “bəxtəvər” mənasını verir. 1962-ci ildə o, sənədli filmə dəvət olunur və çəkiliş zamanı infarkt keçirir. Xəstəxanaya aparılarkən yolda həyatını itirir. 

Pablo Eskobar

Tarixin ən bərkgedən 10 QANLİ MAFİOZU

Ən rəhmsiz kolumbiyalı narkobaron – onu belə tanıyırlar. Pablo Eskobar XX əsrin ən mərhəmətsiz cinayətkarı və ən böyük kakain ticarətinin lideridir. O, yüzlərlə polis, jurnalist, məhkəmə işçisi öldürüb. Eskobarın hər bir polisin başına 3 min dollar mükafat elan etməsi, 1970 - 1980-cı illərdə 400 nəfər polisin ölümünə səbəb olmuşdu. 1993-cü ildən etibarən Eskobar gizlənməyə başladı. Medellin polisi Eskobarın bu şəhərdə gizlənməsi haqqında ətraflı məlumata sahib idi. Onun yerinin müəyyən edilməsi ücün aparılmış əməliyyat prosesi 6 ay çəkib. Eskobarın ələ keçməsində oğlu Juan Pablo ilə saatlarla telefonla danışması səbəb olub. Polis tərəfindən yerinin müəyyən olduğunu anlayan Eskobar gizləndiyi evin damına çıxıb. Polisin çardağa atəş açması nəticəsində ağır yaralanan Pablo Eskobar hündürlükdən yıxılaraq ölüb.

Con Qotti

Tarixin ən bərkgedən 10 QANLİ MAFİOZU

Con Gottinin ən məşhur xasiyyəti hər gün işə yeni, təzə paltar geyinməsi olub. “Elegant Con” ləqəbini ona hər gün dəbli kostyum və bahali qalstuklar taxdığı üçün vermişdilər. Con 1985-1992-ci illərdə Qambino ailəsinə rəhbərlik edib. 1973-cü ildə törətdiyi qətlə görə 2 il həbs olunub. 1990-2002-ci illərdə yenidən həbsxanaya düşmüş və 2002-ci ildə boğaz xərçəngindən həbsxanada ölüb. 

Karlo Qambino 

Tarixin ən bərkgedən 10 QANLİ MAFİOZU

Qambino ailəsi beş ən böyük mafioz ailəsindən biridir. Qrupun rəhbəri isə lider Karlo Qambinodur. Ailə ABŞ-da ən çox cinayət törətmiş qrup hesab edilir. Karlo törətdiyi cinayət əməllərinə rəğmən, həbsdə 22 ay (1938-1939) olub. O, 74 yaşında öz yatağında ürək tutmasından ölüb.

Meir Lanski 

Tarixin ən bərkgedən 10 QANLİ MAFİOZU

Meir Belarusun Qrodno şəhərində doğulub. O, yəhudi əsilli Amerika cinayətkarıdır. ABŞ-da yeraltı dünyanın ən zəngin və ən güclü patronlarından biri olaraq, Florida və Las-Veqasda Fidel Kastro ilə böyük qumar şəbəkələrini idarə edib. Onun ləqəbi “mafia mühasibi” idi. Narkotik qaçaqlığı, fahişəlik, qumardan qazandığı pulları gizlincə İsveçrə banklarına yatırırdı. 1970-ci ildə Lanskinin ümumi sərvəti 300 milyon ABŞ dolları idi və elə həmin ili o, İsrailə qaçdı. İsraildə qalmaq icazəsi olmadığı üçün yenidən ABŞ-a qayıtmaq məcburiyyətində qaldı. 1973-cü ildə gəlir vergisindən saxlanılsa da, apelyasiya müraciətləri səbəbindən həbsdən xilas oldu. Digər günahlandırmalari isə xronik xəstəliyi səbəbində məhkəmədən qaldırıldı. Lanski 1983-cü ildə yaşadığı Mayamidəki malikanəsinə ağciyər xəstəliyindən vəfat etdi, yəhudi adəti ilə basdırıldı.

Cozef Bonanno

Tarixin ən bərkgedən 10 QANLİ MAFİOZU

Tarixdə ən varlı mafiozdur. O, mafioz həyatından tez uzaqlaşmış və şəhərin kənarında boyük şəxsi malikanəsində yaşamışdır. Mafioz apardığı gizli cinayət əməliyyatları ilə dünyada məşhur idi. İtalyan mafiozları arasında baş verən Kastellamariz müharibəsi zamanı “Bananlı Co” ləqəbi ilə o böyük mafia ailəsi yaradır, hansı ki, hazırda yenə ABŞ-da fəaliyyət göstərir.

Alberto Anastaziya

Tarixin ən bərkgedən 10 QANLİ MAFİOZU

Amerikanın ən böyük beş mafiasından birinin lideri idi. İki ləqəbə malik idi: "baş cəllad" və "dəli şlyapaçı". Birinci ləqəbi ona "Qatillər Korporasiya" yaratdığı üçün verilmişdi. Laki Luçanonun tələbəsi idi, hansı ki, həmin dövrün ən nüfuzlu mafiozu idi.

Eriberto Laskano 

Tarixin ən bərkgedən 10 QANLİ MAFİOZU

17 yaşında əsgərliyə gedən meksikalı Eriberto Laskano qayıtdıqdan sonra narkotik biznesinə başlayır. Öz ətrafı arasındakı ləqəbi "Palaçi" idi. Meksika prezidenti Filipp Kalderonun ən qorxduğu şəxslərdən idi, başçılıq etdiyi narkobiznes "Los Zetas" adı daşıyırdı. Hazırda Meksika və Şimali Amerika vətəndaşları Laskanonu ən ağıllı və heç vaxt qocalmayan mafioz adlandırırlar. Çünki onu etdiyi sui-qəsdlərlə yanaşı, etdiyi xilaslar da var.

Vinsent Ciqante 

Tarixin ən bərkgedən 10 QANLİ MAFİOZU

Vinsent Ciqante 1957-ci ildə mafia lideri Frank Kostelloya sui-qəsd edir. Etdiyi sui-qəsdə görə 40 il həbs cəzası alan Vinsentə bu cəzanı verə bilmirlər. Vinsent öz aktyorluq qabiliyyətini göstərir. Gecə paltarında günlərlə küçələrdə gəzir, məhkəmədə məntiqdən kənar açıqlamalar edir. Nəticədə Almaniya məhkəməsi onun şizofreniya (ağır ruhi xəstəlik) xəstəsi olduğunu təsdiqləyir. 1981-ci ildən etibarən Cenoveze ailəsinə rəhbərlik etməyə başlayır. Cenoveze ailəsi Nyu-Yorkun beş mafioz ailəsində biri idi. 1997-ci ildə saxlanıldığı Springfield türməsində (Missuri ştatı) ürək tutulmasından vəfat edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...