Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İnternet vasitəsi ilə pul qazanmağın yolları

İnternetdən pul qazanmağın bir çox üsulları vardır. Artıq internet vasitəsilə evdən də pul qazana bilərsiniz. Bunun yollarını sizlər üçün toplamışıq.

1) Reklam yolu ilə pul qazanmaq:

İnternetdən pul qazanmağın ən sərfəli və effektiv yolu reklam yolu ilədir. İnternetdən reklam yolu ilə pul qazanmaq, qazancınızı artırmaq istəyirsinizsə, ilk öncə sayt yaratmalı və Google-nin reklam xidmətlərindən faydalanmalısınız 

 

2) Bloq yaradaraq internetdən pul qazanmaq:


İnternetdən pul qazanmağın digər səmərəli üsulu bloq yaratmaqdır. Bunun üçün özünüzə məxsus bloq yarada, hər hansı bir mövzu ilə bağlı məqalə hazırlaya bilərsiniz. Və bu bloqunuzu sosial şəbəkədə paylaşa biəlrsiniz. Bu zaman sizin vasitənizlə dostluğunuzda olan istifadəçilər də sizin bloqunuzu paylaşacaq və nəticədə bloqunuzu reklam edəcək, pul qazanacaqsınız. Sizə məsləhət görərdik ki, bloqunuzu blogspot vasitəsilə yaradasınız. Çünki blogspot Google-un özünə məxsusdur. Yazdıqlarınızı axtarış zamanı daha çox önə çıxarır.

 

3) Unvan.az saytı ilə pul qazanmaq:

İnternetdən pul qazanmaq üçün Unvan.az saytının xidmətlərindən faydalana bilərsiniz. Həm yeni , həm də işlənmiş məhsullarınızı Unvan.az saytı ilə sata bilərsiniz, müştərilər qısa zamanda sizi tapacaq. Hər gün 100-lərlə insan bu sayt vasitəsilə alış veriş edir. Əgər satmaq istədiyiniz məhsul varsa məhsulu sayta pulsuz yerləşdirirsiniz və satışa çıxarırsınız. Nəticədə internetdən pul qazanırsınız.

 

4) Youtube vasitəsilə pul qazanmaq:

İnternetdən Youtube vasitəsilə milyonlar qazanan insanlar var. Siz də onlardan biri ola bilərsiniz. Bunun üçün Youtube-da kanal açıb maraqlı videolar yerləşdirə bilərsiniz. Sizin Yoube-a yerləşdirdiyiniz videoya nə qədər çox baxış sayı olsa, o qədər də çox qazancaqsınız. Big.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...