Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

8 aylıq körpə dayanmadan yeyir - 17 kilo olub

Chahat adlı bu uşaq hazırda 8 aylıqdır və 17 kilodur. Bu isə dörd yaşlı uşağın normal çəkisinə bərabərdir.

Mynews.az xarici mediaya istinadən məlumatına görə, Chahat Hindistanın Pəncab əyalətində dünyaya gəlib. Qızcığaz doğulanda normal çəkidə olub. Lakin sonradan çəkisi normadan artıq çoxalmağa başlayıb. Buna səbəb isə uşağın durmadan yemək yeməsidir. Körpənin davamlı yemək yemə arzusuna nəyin səbəb olduğu məlum deyil. Həddən artıq kök olduğundan Chahat nəfəs almaqda və yatmaqda da çətinlik çəkir.

Anası Reena Chahatdan əvvəl bir oğlan övladını doğuş zamanı itirib. O, qızını da itirmək istəmir. Lakin Chahata yemək verilmədikdə ağlayır. Körpə normal uşağın yeməyindən təxminən dörd dəfə çox yeyir. Bu isə olduqca təhlükəlidir. Valideynləri uşağın müalicəsi üçün kömək istəyir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...