Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda iş adamı itlərinə toy etdi - VİDEO

Azərbaycanda qeyri-adi hadisə baş verib. Goranboy rayonunda yaşayan tanınmış biznesmen Mustafayev Qalib Hidayət oğlu Amon və İsida adlı cins itlərinə toy edib.

Mynews.az Avtosfer.az-a istinadən xəbər verir ki, toy məclisi bu yaxınlarda Goranboy rayonunda həmin iş adamına məxsus zavodun həyətində baş tutub. Məclisdə çoxlu qonaqlar olub. Onların arasında vaxtilə keçmiş MTN-in Zaqatala və Goranboy rayon şöbələrinin rəisi işləmiş, “Turba Əli” kimi tanınan şəxs də olub. İş adamı itlərin toyuna qonaqları xüsusi dəvətnamə ilə çağırıb.

İş adamı əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib və onunla şit zarafatlar edərək əyləniblər. İş adamı itlərinə plov və kabab bişirtdirib. Həmin yeməklərdən qonaqlar da yeyib.

Məclisi aşıq idarə edib, saz və balabanla mahnılar səslənib, itlərin şəninə sağlıq deyilib.

Qeyd edək ki, Qalib Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir və xaricdən Azərbaycana elektronika malları gətizdirir.

Qalib Mustafayevin “Bentley” və “Jeep Wrangler”, oğlunun və qızının da bahalı “Porshce”, “Mercedes” və “Jeep” markalı avtomobillərinin olduğu bildirilir.

Qalib Mustafayev itlərinə toy edib pul xərclədiyi bir vaxtda onun bacısı Mustafayeva Nüşabə Hidayət qızı müxalifətin mitinqlərində iştirak edərək dolanışığının aşağı səviyyədə olmasından gileylənib. O, 35 il müəllim işlədiyini və indi aldığı təqaüdün az olduğunu deyib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...