"Oğru dünyası"ndan ƏDALƏTLİ QƏRAR - Həbsdəki adama “07” hədiyyə etdilər
Bakıda həbsdə olan bir şəxsin adından istifadə edən Oruc adlı şəxsə qeyri-adı cəza verilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə bir müddət əvvəl baş verib.
Həmin şəxs Səbail rayonu ərazisindəki avtomobil təmiri sexinə “VAZ-2107” markalı avtomobil gətirib və təmir etdirmək üçün ustaya verib. Bir neçə gündən sonra isə maşını götürməyə gəldikdə usta ilə mübahisə edib və görülən işlərdən razı qalmadığını, maşının pis vəziyyətə salındığını deyib.
Daha sonra isə “oğru dünyası”nın nümayəndəsi olduğunu deyərək əlavə edib ki, bu avtomobil hazırda həbsdə olan bir nəfərindir. Ustanı “yükləməyə” çalışan Oruc adlı şəxs onun böyük günah işlədiyini bildirib və yeni “07” avtomobili alıb verməsini tələb edib. Bunu ustanın boynuna zorla qoyaraq bir neçə gün vaxt verib. Usta isə tanıdığı bir neçə nəfərlə bu barədə danışandan sonra məsələ Sumqayıtda "oğru dünyası"nın nümayəndələri arasında müzakirəyə çıxarılıb və ədalətli qərar verilib.
Aydın olub ki, ustanı qorxudub təzə maşın tələb edən şəxs yalan danışıb. Bu səbəbdən Oruca həmin adamın adını çəkib maşın onundur dediyi üçün təzə avtomobil aldırıblar və hazırda həbsdə olan şəxsin evinə çatdırıblar. Ustaya isə 1000 manat zəhməthaqqı ödətdiriblər. Oruc adlı şəxsə başqa cəza da verilib.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 997 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 959 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 949 dəfə oxunub