Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hər kəs bu qurğudan danışır - VİDEO

Su kanallarından suyu sahələrə ötürmək üçün su nasoslarından istifadə edirlər. Ağdaşlı bir nəfər elə qurğu düzəldib ki, suyun axması ilə hərəkətə gəlir, heç bir enerji xərci olmadan 2 metr aşağıdan suyu alaraq borulara və oradan da əkin sahələrinə ötürür.

Sadəcə armaturlar, vedrələr və dəmir şiferlərdən istifadə olunub.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kənd sakininin zəruri su ehtiyacı səbəbindən ərsəyə gətirdiyi bu qurğu 2 mətr dərinlikdən suyu sahələrə ötürür. Ağdaş Rayonun Şıxlı kənd sakini 41 yaşlı Səbuhi Mustafayev ixtisasca rabitəçidir. Baxmayaraq o, kənd təsərrüfatı işləri ilə də çox məşgul olur. Ancaq su kanalının əkin sahəsində xeyli aşağıda olması əkin biçinə xeyli çətinlik törədirdi. Elə buna görə də sahələri suvarmaq üçün belə bir qurğu hazırlamaq qərarına gəlib. Üstəlik qurğu suyun axması ilə özü hərəkətə gəlir və heç bir enerji xərci yoxdur.
Səbuhi Mustafayevin sözlərinə görə, əkin sahələrinin suvarılma problemi var. Qurğu vasitəsi ilə sahələr qisməndə olsa suvarıla bilər. Digər sakinlər də belə sistemin işləməsində maraqlıdr.
Qurğunu ərsəyə gətirən Səbuhi Mustafayev deyir ki, gələcəkdə onu daha da təkmilləşdirəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...