Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabiq nazir: - “Lavrovun bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə böyük zərbədir”

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə bağlı açıqlamasını şərh edib.

T.Zülfüqarov Publika.az-a deyib ki, Sergey Lavrovun Qarabağla bağlı son bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə böyük zərbədir:

“Faktiki olaraq, Rusiya dövlətinin rəsmisi birmənalı şəkildə bəyan edir ki, Azərbaycan öz suverenlik hüquqlarının icrasında müstəqil ola bilməz. Hətta, Sergey Lavrov bununla bağlı Azərbaycanı açıq şəkildə hədələyir. Çox təəssüf ki, onun məlum bəyanatı Ermənistanın mövqeyi ilə tam üst-üstə düşür. Çünki Sergey Lavrov deyir ki, işğal altında olan torpaqların azad olunması Dağlıq Qarabağın statusunun həlli ilə eyni vaxtda həyata keçiriməlidir. Yəni, paket həll variantını bəyan edir. Bu isə Ermənistanın mövqeyini əks etdirir”.

Sabiq nazir qeyd edib ki, burada əsas problem Sergey Lavrovun rəsmi olaraq, Azərbaycanın müstəqil dövlət kimi öz suveren hüquqlarının icrasına qarşı məhdudiyyətlər qoymaq istəyidir:

“Təbii ki, bütün bunlar da qəbuledilməzdir. Çox təəssüf ki, Sergey Lavrov substantiv danışıqlar barəsində bir kəlmə də söz açmır. Sadəcə olaraq, insidentlərin araşdırılmasının əhəmiyyətini təkrar edir. Bu baxımdan da Sergey Lavrov Ermənistanın mövqeyini əks etdirir.

Hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı öz prinsipial mövqeyini bildirməlidir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...