Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanın hərbi gəmisi dəniz hədəfini vurdu - VİDEO - FOTOLAR

"Dəniz kuboku - 2017" müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

Mynews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildiririr ki, müsabiqənin şərtlərinə görə döyüş atışları 3,5 kilometr məsafədən icra olunub və tapşırıqların yerinə yetirilməsi faktı beynəlxalq hakimlər briqadası tərəfindən təsdiq edilib.

Tapşırığın icrasına görə yekun nəticə atışlar zamanı dəniz poliqonunda müəyyən edilmiş məsafəni qət edərkən hər bir gəminin sürəti nəzərə alınmaqla bazar ertəsi hakimlər tərəfindən müəyyən ediləcək.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...