Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

NƏRGİZ TƏPƏ uğrunda qanlı döyüşlər gedir - düşmən tərəfində çoxlu ölü və ağır yaralılar olduğu deyilir

"Ermənilərin cəbhədə vəziyyəti gərginləşdirməsi və hücuma keçməsində məqsəd ötən ilin aprelinə itirdiklərinin qisasını almaqdır. Bizdə olan məlumatlara görə də hazırda cəbhədə artilleriya döyüşü gedir. Amma ermənilər yerinə otuzdurulub, onlara lazımi cavab zərbəsi endirilib".

Ermənilərin niyə məhz Xocavənd-Füzuli istiqamətində hücuma keçməsinə gəlincə, hərbi ekspert bildirib ki, məqsəd oradakı böyük əraziyə nəzarət etməyə imkan verən strateji yüksəklikləri ələ keçirməkdir: "Ermənilərin ardıcıl təxribatlar törətməsində məqsədləri odur ki, Lələ təpənin, Talışın qisasını alsınlar. Onlar Talış kəndi, eyni zamanda da Lələ təpə istiqamətində bir neçə dəfə hücum edərək Azərbaycan Ordusunun azad etdiyi torpaqları geri almağa cəhdlər ediblər. Amma alınmayıb. Ona görə də indi istiqaməti dəyişiblər. Onların əsas hədəfi böyük strateji əhəmiyyət daşıyan Nərgiz təpədir. Əgər ermənilər onu ələ keçirsələr, Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsə, əraziyə nəzarət edə bilərlər".

Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir. Erməni saytlarının da yaydığı məlumata görə, düşmən tərəfində ağır yaralılar və çoxlu ölü olmağına baxbayaraq hələdə NƏRGİZ TƏPƏ uğrunda döyüşüb itki verirlər... 
Yaxın saatlarda da cəbhədə gedən döyüşlərlə bağlı məlumat verməyə çalışacağıq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...