Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Erməni general ağır yaralandı - Qarabağda

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun generalı və iki yüksək rütbəli zabiti ağır yaralanıb.

Mynews.az xəbər verir ki, APA TV-nin "Iragir.am" saytına istinadən verdiyi məlumata görə, onlar partlayış nəticəsində ağır xəsarət alıblar. Partlayışın hansı səbəbdən və hansı şəraitdə baş verdiyi açıqlanmır.

Yaralı general-leytenant Levon Mnatsakanyan və iki zabit xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu deyilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...