Cəbhədə vəziyyət GƏRGİNLƏŞDİ: Ermənilər Ağdamı gülləbaran etdi - Ermənilər Ağdamı gülləbaran etdi TƏCİLİ!
Ermənistan silahlı birləşmələri təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutmağa davam edir.
Mynews.az istipress.com-a istinadən xəbər verir ki, qarşı tərəf ötən gün cəbhənin Ağdam istiqamətində də atəşkəsi pozub. Gülləbaran nəticəsində rayonun Orta Qərvənd kəndində Habil Qədirova məxsus traktora ziyan dəyib. Traktor sahibi deyir ki, səhər saat 7:00 radələrindən başlayaraq təqribən 15 dəqiqə davam edən atışma səsi eşidib. İki saat sonra sahəyə işləməyə getmək istəyərkən traktorun ön şüşəsindəki güllə izini görüb.
"Baxdım ki, şüşəyə dəyib düşüb yerə. İndi bu dəqiqə səpin vaxtıdı. Amma kəndin yuxarı hissəsinə çıxmaq olmur. Ancaq aşağı tərəfdə. Təzəlikdə bir yoldaş var, yer əkirdi, ona da atdılar, yarımçıq qoydu. İki texnikam var, ehtiyat edirəm, indi ikisini də kənddə saxlamağa. Birini gətirib aşağı kəndə qoyuram indi" – deyə Habil Qədirov bildirir.
Traktorun üzərində digər güllə izlərini göstərən Habil Qədirov əvvəllər də sahədə işləyəndə bir neçə dəfə atəşə məruz qaldığını dedi.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 953 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub