Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanın növbəti təxribatının qarşısı alındı - FOTOLAR

Mayın 5-15-də İspaniyada keçiriləcək Costa Blanca Fashion Week-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb.

Bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi yenə də təxribatçı məqsədlərlə bu tədbirdə qondarma rejimin təmsilçisinin iştirakına cəhd edib: "Məsələ ilə əlaqədar ölkəmizin İspaniyadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına, o cümlədən tədbirin təşkilatçılarına müraciətlər edib və Ermənistanın növbəti təxribatının qarşısını almaq üçün digər zəruri tədbirlər görüb. Benidorm şəhər icra hakimiyyətindən Səfirliyimizə bildirilib ki, sözügedən tədbirdə qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb".

Ermənistanın növbəti təxribatının qarşısı alındı - FOTO

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...