Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Polşanın Wiadomosci.ngo.pl saytında Azərbaycan ilə bağlı məqalə dərc edilib

Polşanın Wiadomosci.ngo.pl saytında Azərbaycan ilə bağlı məqalə dərc edilib.

Mynews.az-ın verdiyi məlumata görə, “Azərbaycanın timsalında multikulturalizm” adlı məqalədə ölkə əhalisinin əksəriyyətinin müsəlmanlar təşkil etməsinə baxmayaraq, Azərbaycanda həm də müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin rahat yaşaması üçün bütün şəraitin yaradılması qeyd olunub. Bundan başqa, yazıda ölkəmizdə müsəlmanlarla yəhudilərin nümunəvi birgə yaşayışının təmin edildiyi xüsusi vurğulanıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü, Prezident İlham Əliyevin himayəsi ilə ölkədə iki sinaqoqun, Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzinin inşa edildiyi qeyd olunub.

Məqalənin müəllifi Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd yazıda Ermənistanın Azərbaycanın 20 faiz torpagını işğal etməsinə baxmayaraq, Azərbaycan cəmiyyətinin dini və etnik qruplar arasında harmoniyanı dəstəkləməkdə davam etdiyini də vurğulayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...