Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarını atəşə tutublar - FOTOLAR

Ağdam rayonunda subartezian quyularında təmir-bərpa işləri aparan rayon sakinləri ermənilər tərəfindən atəşə tutulublar.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində qoşunların təmas xəttinin yaxınlığında yerləşən Əhmədağalı kəndi ərazisində baş verib.

Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) maliyyə dəstəyi ilə həyata keçirilən təmir-bərpa işləri zamanı erməni tərəfi ərazidə çalışan Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam rayon Mexaniki Suvarma idarəsinin əməkdaşlarını və texnikaları atəşə tutub. Hadisə yerində BQXK-nın əməkdaşları da olub.

Ermənilər tərəfindən atəşkəsin pozulması zamanı xəsarət alan olmasa da, texnika və qurğulara ziyan dəyib.

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...