Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tahir Salahov, Dmitri Dibrov və digərləri Leyla Əliyevanın sərgisinin açılışında - FOTO

Zurab Tseritelinin İncəsənət Qalereyasında “Live Life” (“Canlı həyat”) adlı xeyriyyə sərgi layihəsinə start verilib. Layihə çərçivəsində Leyla Əliyevaətraf mühitin problemlərinə diqqət çəkmək məqsədi ilə öz rəsm əsərlərini təqdim edib. İrina Viner-Usmanova, Sati Kazanova, Dmitri Dibrov, Tahir Salahov, Aydan Salahova və digər qonaqlar Leyla Əliyevanı ekspozisiyanın açılışı münasibətilə təbrik etməyə gəliblər. 

Mynews.az-ın verdiyi məlumata görə, Oxu.Az bu barədə spletnik.ru-ya istinadən xəbər verir. 

Sərginin təşkilatçıları Leyla Əliyevanın sədrliyi ilə İDEA İctimai Birliyi, Rusiya Sənət Akademiyası və Moskva Müasir İncəsənət Muzeyi olub.

Moskvada ekspozisiyanı mayın 24-nə qədər seyr etmək olar.

Keçən il “Live Life” layihəsi Berlin, London və Parisdə keçirilib.

 

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...