Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənilər 2 azərbaycanlını və hərbçimizin nəşini niyə vermir?

"Son zamanlar Rusiya hakimiyyətinin Azərbaycana mövqeyi sərtləşib".

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ermənistan hakimiyyəti Dağlıq Qarabağda girov saxladığı iki azərbaycanlını və hərbçimizin nəşini niyə geri qaytarmaq istəmir?

Elxan Şahinoğlunun fikrincə, rəsmi İrəvan belə bir addım atarsa, bu cəbhə bölgəsindəki gərginliyi nisbətən azaldar: 

"Rəsmi İrəvan müharibədən və artan itkilərdən bu qədər qorxursa, hesabla girovlarımızı geri qaytarmaqla ən azı bu il özünü mümkün təhlükələrdən sığortalamış olar. Ermənistanın bu addımı beynəlxalq aləmdə də müsbət qarşılanardı". 

Onda niyə bu addımı atmır?

Politoloq bildirib ki, buna iki fərqli səbəb göstərmək olar: 

"Birinci səbəb, ermənilərin Rusiyadakı havadarları buna imkan vermir. Çünki, son zamanlar Rusiya hakimiyyətinin Azərbaycana mövqeyi sərtləşib". 

"İkinci səbəb, Ermənistanın separatçı hakimiyyəti girovlarımızı geri qaytarmamaqla cəbhə bölgəsindəki vəziyyətin getdikcə gərginləşməsinə rəvac verir və bununla Rusiya ilə Azərbaycan arasındakı mövqe haçalanmasını daha da dərinləşdirməyə çalışırlar".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...