Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Milyonlarla insanın SONU, bir saata QƏLƏBƏ, 5 RAYON... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Mayın 5-də Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb. Suriya atəşkəs rejimin qarantı olan ölkələr gərginliyin azaldılması üzrə təhlükəsizlik zonalarının yaradılması barədə razılaşıblar. Koreya yarımadası ətrafında vəziyyət gərgin olaraq qalır. Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqinin Bakı səfəri Ermənistanda narahatlıq yaradıb. Mayın 3-də Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. ABŞ hökumətinin PKK terror təşkilatına növbəti dəfə hərbi yardım etməsi faktının üstü açılıb.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən iki ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda birgə döyüş atışlı taktiki təlimlərinə start verilib. Təlimlər mayın 5-dək davam edib.

Azərbaycan və Türkiyənin birgə təlimləri Ermənistanda narahatlıqla qarşılanıb.

Azərbaycan və Türkiyə ordusu ERMƏNİSTAN SƏRHƏDİNDƏ: İrəvan həyəcan içində

Mayın 5-də Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb.Azərbaycan Prezidenti İlham Əliyev tədbirin rəsmi açılış mərasimində çıxış edib. Dövlət başçısımız multikulturalizm sahəsində Azərbaycanın artıq beynəlxalq mərkəzə çevrildiyini söyləyib.

İlham Əliyev: "Azərbaycan sivilizasiyaların qovuşduğu məkandır" (YENİLƏNİR)

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov forumda çıxışı zamanı bildirib ki, Azərbaycan ərazisində yalnız Azərbaycan Konstitusiyasının tələlərinə uyğun şəkildə ümumxalq səsverməsi keçirilə bilər. Nazir müavini deyib ki, Qarabağ məsələsi ilə bağlı digər referendum planı qəbul edilmir:

“Bunun üçün əsas yoxdur. Statusun müəyyənləşdirməsi ilə bağlı proses yalnız legitim çərçivədə həyata keçirilə bilər. Bu da yalnız Qarabağ regionundan qovulmuş və oraya qayıtmalı olan Azərbaycan əhalisinin iştirakı ilə baş verə bilər. Bu məsələnin müzakirəyə çıxarılması üçün razılığın müəyyənləşdirilməsi başqa məsələdir. Bu barədə biz hələ danışmırıq”.

Araz Əzimov ATƏT-in Minsk qrupuna daxil həmsədr dövlətlərin öz maraqlarına xidmət etdiyini deyib.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov IV Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Qütbləşmə dövründə inkuliziv dialoq” adlı panel iclasında çıxışı zamanı qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün 4 qətnamə qəbul edib:

“BMT-də bəzi dövlətlər var ki, Ermənistanı dəstəkləyir, ona görə qətnamələr icra olunmur. Yoxsa, elə qətnamələr var ki, saatlar ərzində icra olunur. BMT ilk növbədə beynəlxalq hüququn aliliyini qorumalıdır”.

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq yolu ilə sülh münasibətlərinin inkişaf etdirilməsi” adlı panel iclasında çıxışı zamanı bildirib ki, 20-30 ildir ki, beynəlxalq hüquq arxivə qoyulub.

“İmzalanan bəyənatlar, sənədlər heç bir yerdə həyatımızı tənzimləmir”, - o deyib.

Mayın 1-də isə Aleksandr Dugin Bakıya səfərə gəlib. Politoloq jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Ermənistanın müttəfiqi olsa da, bu o demək deyil ki, Azərbaycanın düşmənidir: “Rusiya öz maraqlarına uyğun hərəkət edir”.

“Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması ən vacib arqumentdir. Əgər tərəflər işğal edilmiş beş rayonun tezliklə Azərbaycana qaytarılması ilə bağlı razılığa gəlsələr, bu, Rusiya-Azərbaycan əməkdaşlığında çox vacib məqam olacaq. Qarabağın özü və qalan iki rayonla bağlı vəziyyət isə daha mürəkkəbdir və daha çox vaxt tələb edə bilər”, - deyə Duqin Bakıda jurnalistlərə açıqlamasında bildirdi.

Aleksandr Duqin “Novaya epoxa” portalına müsahibəsində bildirib ki, Azərbaycan-Rusiya ikitərəfli əlaqələrdə yeni səhifə açmaq zamanıdır və Kremlin Dağlıq Qarabağ nizamlanmasında, heç olmasa, Azərbaycanın 7 rayonundan 5-nin qaytarılmasında rolu həlledici mövzu olacaq. “Biz praktik olaraq, buna yaxınlaşmışıq. Buna müvafiq şəkildə də transmilli ittifaqlar üçün əməkdaşlıq yolunda bütün əngəl və maneələr məhv ediləcək. Bu - Avrasiya İttifaqı şəklində də ola bilər, başqa təşəbbüslər formasında da”, - deyə o qeyd edib.

Politoloqa görə, 5 rayon məsələsi “Lavrov planı”nın əsasını təşkil edir və ən yaxın gündəmin məsələsi kimi nəzərdən keçirilir. “Bizim qrupumuz da bu plana öz əlini qoyub. Şəxsən mən bu planı Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə müzakirə etmişəm. Bu məsələ təkcə Qarabağla da bağlı deyil. Bu məsələ bu gün Rusiya-Azərbaycan-Ermənistan diplomatiyasında Türkiyə və İranla tam anlaşma layihəsi kimi durur. Bütün regional oyunçular bununla razıdır - Qərbdən başqa”, - deyə Kreml ideoloqu əlavə edib.

ABŞ Rusiyanı qıcıqlandıra biləcək bölgələrdə lüzumsuz fəallıq göstərməməyə çalışır.Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Keçmiş səfirin sözlərinə görə, Donald Tramp hələlik Cənubi Qafqazla bağlı dəqiq siyasət hazırlamayıb və ABŞ-ın lüzumsuz fəallıqdan uzaq qaçmaq tendensiyası hələ Barak Obama administrasiyası dövründə formalaşmışdı.

Ermənistanda parlament seçkilərində pozuntulara cəlb olunan şəxslərin ABŞ hökuməti tərəfindən maliyyələşdirilən proqramlarda iştirakı qadağan ediləcək. Bu haqda ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz 168.am saytına bildirib.

ABŞ-dan Ermənistana gözlənilməz HƏDƏ: SARKİSYAN ŞOKDA

Türkiyə

Bu həftənin əvvəlində Hindistana səfər edən Türkiyə prezidenti BMT-nin mövcud strukturuna növbəti dəfə qarşı çıxıb. O, dünyanın taleyinin 5 ölkənin (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü – ABŞ, Rusiay, Fransa, Çin və İngiltərə -red.) əlində olmasının ədalətsiz olduğunu deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 2-də Ədalət və İnkişaf Partiyasına (AKP) yenidən üzv olub. Konstitusiyadakı “prezidentin partiyası ilə əlaqəsi kəsilər” maddəsinin aprelin 16-da keçirilən referendumla ləğvi Ərdoğana 979 gündən sonra qurucu lideri olduğu partiyasına dönməyə imkan verib.

Mayın 3-də Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. Putinin fikrincə, Türkiyədə daxili siyasi vəziyyətin tədricən bərpası Rusiya ilə münasibətlərin inkişafı üçün şərait yaradacaq. Türkiyə prezidenti öz növbəsində, Suriya üzrə Rusiya ilə əməkdaşlığı effektiv adlandırıb.

“Mən əminəm ki, bizim birlikdə atacağımız addımlar bütün regionun taleyini dəyişəcək”, - Türkiyə prezidenti deyib.

Putin qeyd edib ki, Rusiya və Türkiyə Suriya münaqişəsinin yalnız siyasi-diplomatik yolla həllini görür.

Ərdoğanın səfərindən dərhal sonra Türkiyə Rusiyadan idxal edilən buğdaya qoyulan qadağanı ləğv edib. Rusiya isə pomidor istisna olmaqla Türkiyəni digər kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı aradan qaldırıb.

Moskva Ankaraya S-400 sistemlərini bir divizionunu 500 milyon dollara satmaq istəyir.Bu barədə informasiyanı “RBC.ru” saytı yayıb.

Daha əvvəl Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu Moskva və Ankara S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması haqqında prisipial razılıq əldə edildiyini, birgə istehsal və qiymət üzrə danışıqlar aparıldığını deyib.

NATO üçün şok xəbəri Çavuşoğlu verdi - Rusiya və Türkiyə RAZILAŞDI

Fransada prezident seçkiləri

Avropa İttifaqı islahatlar aparmasa, Fransa qurumu tərk edə bilər. Bunu Fransa prezidentliyinə namizəd, “İrəli!” hərəkatının lideri Emmanuel Makron BBC telakanalına müsahibəsində bildirib.

O deyib ki, “Ümumavropa ideyası” və qloballaşma məsələlərində Avropa İttifaqının siyasətini bölüşür, amma Fransa əhalisinin yarısı qurumun disfunksiyasına görə narahatdır.

Makronun rəqibi, “Milli Cəbhə” Partiyasının Marin Le Pen isə qələbə qazanacağı halda Avropa İttifaqına üzvlük məsələsini referenduma çıxaracağını bildirib.

Qeyd edək ki, Fransada prezidentinin seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək.

Marin Le Pen isə Avropa İttifaqının Avropanın Müstəqil və Suveren Dövlətləri Alyansı ilə əvəz edilməsini təklif edib. “Mən avropalıyam. Mən Avropa İttifaqını istəmirəm. Ola bilsin ki, ona yeni ad tapa bilərik. Məsələn bu, Avropa Alyansı ola bilər. Avropa İttifaqının əsas problemi odur ki, o, artıq totalitar quruma çevrilib”, – deyə o bildirib.

Koreya böhranı

Şimali Koreya nüvə proqramına son qoymayacağı halda bu ölkəyə hərbi müdaxilə edilə bilər. Bunu ABŞ prezidenti Donald Tramp CBS televiziyasına müsahibəsində deyib.

Tramp qeyd edib ki, Şimali Koreyanın nüvə sınaqlarını davam etdirməsi ABŞ-ı “çox da xoşbəxt” etməyəcək. Dövlət başçısı başlayacaq bir müharibə milyonlarla adamın ölə biləcəyi barədə xəbərdarlıq edib.

Şimali Koreya nüvə güclərinin inkişaf templərini maksimal həddə sürətləndirəcək. Bu haqda Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyinin sözçüsü bildirib. “Koreya yarımadasında vəziyyət heç vaxt olmadığı qədər nüvə müharibəsinə yaxındır”, - nazirliyin sözçüsü bildirib.

ABŞ-ın Koreya yarımadasına hərbi gəmilər göndərməsi və Şimali Koreya ilə qarşıdurmanın güclənməsi III Dünya müharibəsi təhlükəsini gücləndirib. Yeni dünya müharibəsi təhlükəsi bir çox ölkənin hərəkətə keçməsinə səbəb olub.

III Dünya müharibəsi üçün bu ÖLKƏLƏR HAZIRLIĞA BAŞLADI: insanlar evukasiya edilir - FOTOLAR

Şimali Koreya Amerika bombardmançılarının Cənubi Koreyada təlimlər çərçivəsində həyata keçirdiyi uçuşları şərh edib. Pxenyan Amerika bombardmançılarının uçuşlarını nüvə müharibəsinə təkan adlandırıb.

ABŞ-ın Cənubi Koreyada qurduğu THAAD raket əleyhinə müdafiə sistemi döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu haqda rəsmi Seulun yaydığı bəyanatda deyilir.

Pekin Pentaqonun hərəkətlərini öz təhlükəsizliyi üçün təhdid adlandırıb.

“Şahmat lövhəsi”ndə döyüş zəngi çalınır: Nüvə müharibəsinə NÖVBƏTİ ADDIM - VİDEO

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Cənubi Koreya Milli Kəşfiyyat Xidməti Şimali Koreya liderinə qarşı sui-qəsd planı hazırlayıblar. “Kim Çen İnə qarşı hücum Kumsusan sarayında, ya da hərbi parad zamanı keçirilməli idi. Hücum zamanı radioaktiv maddələrdən istifadə ediləcəkdi”, - Şimali Koreya Dövlət Təhlükəsizlik Nazirliyi bildirib.

Suriya

Mayın 4-də Rusiya, Türkiyə və İranın nümayəndələri Suriya respublikasında təhlükəsiz zonalar haqqında memorandumun bəndləri üzərində razılığa gəlib. Astanada – Suriyada atəşkəsin qarantı olan ölkələr (Rusiya, Türkiyə və İran) arasında imzalanan memorandum mayın 5-də qüvvəyə minib. Razılaşmaya əsasən təhlükəsizlik zonaları hökumətlə müxalifət qüvvələrinin təmas xəttində yaradılacaq. Bu zonaların daxilində silah qadağan ediləcək, təhlükəsiz rayonlar formalaşdırılacaq.

Suriyada yaradılacaq təhlükəsizlik zonaları ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin uçuşları üçün bağlanacaq. Bunu Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi, Astanada keçirilən Suriya üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı Aleksandr Lavrentev deyib.

İngiltərənin “The Times” qəzetinin yazdığına görə, Türkiyə ordusu İdlibə hərəkət edəcək.

Putindən Amerikaya QADAĞA: Rusiya bu vilayəti Ankaraya verdi - DETALLAR

Suriya müxalifəti ölkənin 4 təhlükəsizlik zonasına bölünməsinə qarşı çıxıb. Suriya müxalifətinin nümayəndə heyətinin üzvü Üsəma Əbu Zeydin sözlərinə görə, bu qərar Suriyanın ərazi bütövlüyünü təhdid altında qoyur.

Suriyada İŞİD və “Ən-Nüsra” Cəbhəsi terror təşkilatları Rusiya istehsalı olan elektronika və gecəgörmə cihazları ilə təchiz olunmuş snayperlərdən istifadə edirlər.“Kommersant” nəşrinin yazdığına görə, bu, hərbi mütəxəssislərin məhv edilmiş terrorçuların silahlarını tədqiq edən zamanı ortaya çıxıb.

Moskvanın “öldürdüyü” rus zabitləri: İŞİD Rusiya silahını necə alır? - ŞOK FAKTLAR

Suriyanın İdlib vilayətində SSRİ istehsalı olan kimyəvi bombalar istifadə olunduğu ehtimal edilir. Bu haqda “Human Rights Watch” təşkilatı bildirib.

Təşkilatın məlumatına görə, söhbət XAB-250 və XAB-500 bombalarından gedir. Xatırladaq ki, Suriyada kimyəvi silah hücumu aprelin 4-də edilib. Nəticədə 80-dən çox insan ölüb, təxminən 400 nəfər zəhərlənib.

Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi, Astanada keçirilən Suriya üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı Aleksandr Lavrentev isə deyib Rusiyada Xan-Şeyxundakı hadisələrin təxribat olduğuna dair təkzibedilməz sübutlar var. “RİA-Novosti” agentliyinə danışan hərbi-diplomatik mənbə isə bildirib ki, Suriyada ordu qüvvələri tərəfindən dinc əhaliyə qarşı kimyəvi silahın tətbiqi üzrə səhnə çəkilişləri aparılıb. Onun sözlərinə görə, sifarişçi və çəkilişlərin sponsoru Avropadadır.

Əsədi devirmək üçün film çəkildi: 27 uşaq cəsədi... - ŞOK İDDİA

ABŞ hökumətinin PKK terror təşkilatına növbəti dəfə hərbi yardım etməsi faktının üstü açılıb. Bu barədə Suriya Yerli Koordinasiya Komitəsi (LCC) məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ-a məxsus 48 hərbi maşın və 250 hərbiçidən ibarət hərbi avtomobil karvanı PKK-ya müasir silah-sursat və zirehli texnikaları təhvil verib.

ABŞ-dan Türkiyənin düşmənlərinə hərbi yardım - ŞOK

ABŞ-Rusiya münasibətləri

Aprelin 2-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Kremldən verilən məlumata görə, liderlər Suriyada terrorçuluqla mübarizədə Rusiya və ABŞ-ın fəaliyyətinin əlaqələndirilməsi perspektivlərini, həmçinin Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.

ABŞ-ın Müdafiə Nazirliyi Rusiya ilə müharibəyə hazırlaşır. Pentaqon Rusiya ilə müharibə planını “İldırımsürətli qlobal zərbə” adlandırıb. Bu plan istənilən ölkəni 1 saat ərzində tutmağa imkan verən strategiyaya əsaslanır.

Rusiya 1 saat içində alt-üst ediləcək – Kosmosdan QLOBAL ZƏRBƏ

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın digər ölkələrə qarşı aktiv təsirinin qarşısının alınması üçün komitə yaradılmasına razılıq verib. Yeni komitənin xərcləri ABŞ-ın yeni büdcə layihəsində öz əksini tapacaq. Komitənin fəaliyyəti dezinformasiya, KİV-in manipulyasiyası və təsir agentlərinin maliyyələşdirilməsinə qarşı mübarizə olacaq.

ABŞ-ın quru qoşunlarında “Hazırlığın və əməliyyatların aparılmasının Əsasları”nın yeni redaksiyası üzərində iş gedir. Sənədin yeni redaksiyası ABŞ-ın hərbi doktrinası Rusiya və Çin kimi ölkələrlə hərbi qarşıdurma vəziyyətinə hesablanıb.

Rusiya üçün ölümcül FM 3.0: III Dünya müharibəsi planı HAZIRLANIR

Rusiyanın mövqeyi Ukrayna münaqişəsinin nizama salınması barəsində konstruktiv deyil. Bunu Dövlət Departamentində çıxışında ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

Con Makkeyn və onun həmkarları Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin “başqa yolları”nı axtaracaqlar. “Biz başqa variantlara baxacağıq. Mən və həmkarlarım, həmçinin Lindsi Qrem bunun üçün bütün səyləri ortaya qoyacaq”, - Makkeyn jurnalistlərə açıqlamasında deyib.

ABŞ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etmək üçün Rusiyaya məxsus Vladivastok, Naxodki və "Vanino limanlarını nəzarətə götürə bilər. Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsində deyilir.

“Rusiya limanlarının ABŞ-ın nəzarətinə verilməsi beynəlxalq təhlükəsizliyin saxlanılmasının ümumi konsepsiyasında yazılmayıb”. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsini şərh edən Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Andrey Krasov bildirib.

“Bütün gəmilər məhv ediləcək” - ABŞ Rusiya limanlarının işğalına hazırlaşır

“Uzaq Şərqdə Rusiya limanları üzərində ABŞ-ın nəzarəti haqqında qanun layihəsinin reallaşdırılması güc ssenarisini nəzərdə tutur və bu, müharibə elanına bərabərdir”.Bunu isə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitənin başçısı Konstantin Kosaçev bildirib.

“Bu, güc ssenarisini nəzərdə tutur” - ABŞ-dan Rusiyaya MÜHARİBƏ ELANI

Şimali İraq kürd regional rəhbərliyinə müstəqilliklə bağlı referendum avqust ayında keçiriləcək. Bunu jurnalistlərə açıqlamasında kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin müşaviri Məhəmməd Hacı söyləyib.

Xatırladaq ki, Məsud Bərzani mayın 2-də Fransanın “Le Figaro” qəzetinə müsahibəsində kürdlərin müstəqilliyini elan etməsinin zamanı gəldiyini deyib. O, İraqdan sülhlə ayrılmaq istədiklərini söyləyib.

Bərzanidən kürd dövləti AÇIQLAMASI

Mayın 2-də Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında Soçidə görüş keçirilib. Görüşdə Ukrayna və Yaxın Şərqdə vəziyyət, terrorla mübarizə və ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib.

Donbasın qaytarılması üçün tək şərt və Merkeldən Putinə XƏBƏRDARLIQ (YENİLƏNDİ)

ABŞ-ın Nümayəndələr Palatası, "Obamacare" kimi tanınan tibbi sığorta sistemini ləğv edib yerinə "Amerika Səhiyyə Xidmətləri Qanunu" (AHCA) layihəsini qəbul edib. ABŞ prezidenti Donald Trampın irəli sürdüyü layihəyə 213 nəfər etiraz edib, 217 nəfər isə razılıq verib. Səs çoxluğu ilə layihə təsdiqlənib qüvvəyə minməsi üçün senata göndərilib.

"Obamacare"in ləğv edilməsi, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəldiyi gündən bu yana qazandığı ən mühüm qələbə kimi qiymətləndirilir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...