Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağ Evdə görüş və Ermənistanı diz çökdürəcək MƏXFİ SAZİŞ - Heydər Əliyevin Qarabağ PLANI

1994-cü il. Qarabağda atəşkəs əldə olundu. Atəşkəs müqaviləsinin imzalanması Bişkekdə həyata keçirilirdi. Lakin Azərbaycan tərəfindən nümayəndə kimi iştirak edən Afiyəddin Cəlilov atəşkəs sənədini imzalamaqdan imtina etdi. Buna səbəb Qarabağın da tərəf kimi göstərilməsi idi. A.Cəlilov Bakıya, Heydər Əliyevə zəng edərək, məsələni izah edir. Heydər Əliyev ona sənədə imza atmadan dərhal geri qayıtmağı tapşırır. Cəbhədə atəşkəs əldə olunsa da, bunun hüquqi qüvvəyə minməsi prosesi dayanmışdı. A.Cəlilovun arxasınca həmin vaxt Rusiyanın Minsk qrupundakı həmsədri Vladimir Kazimirov da Bakıya uçur.

Həmin dövrdə dövlət müşaviri olan Qabil Hüseynli danışır ki, Heydər Əliyev Bakıda Kazimirovun üstünə qışqıraraq, “bu nə oyundur oynayırsınız” dedi: “Bildirdi ki, atəşkəs Ermənistanla Azərbaycan arasında imzalanır, Qarabağ respublikası deyilən bir şey yoxdur. Sənəddə Dağlıq Qarabağın Azərbaycan və erməni icmasının adı ola bilər. Kazimirov Heydər Əliyevin qarşısında quzuya dönmüşdü, axırda o, deyilənlərlə razılaşdı və “baş üstə” deyə bildirdi. Azərbaycan tərəfi imzaları Bakıda atdı, Kazimirov sənədi Ermənistana apardı. Orada da imzalar atılandan sonra sənədin bir nüsxəsi Bakıya göndərildi. Beləliklə, ermənilərin ən çox istədiyi planın qarşısı alındı”.


Həmin vaxtdan indiyə kimi Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan qondarma DQR rejimini danışıqlarda tərəf kimi göstərməyə nə qədər çalışsa da, bu cəhdlər baş tutmayıb. Onların bu planlarını Heydər Əliyev hələ o vaxt alt-üst etmişdi.

 Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tələb etdiyi kimi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün apardığı diplomatik mübarizənin bir neçə maraqlı məqamını təqdim edirik:

Oval kabinetdə incə diplomatiya

1997-ci il, 1 avqust: Azərbaycan Prezidenti Heydər Əliyev Ağ Evin Oval kabinetində ABŞ prezidenti Bill Klintonla görüşür.

Prezident Heydər Əliyev: Sizin yenidən prezident seçilməyiniz böyük müvəffəqiyyətdir. Biz gözləyirik ki, Siz Amerika-Azərbaycan münasibətlərinin dərinləşməsi üçün yeni addımlara təşəbbüs edəcəksiniz və Azərbaycana rastlaşdığı problemlərin həllində kömək edəcəksiniz. Qafqaz regionu ABŞ üçün strateji əhəmiyyətə malikdir. Mən bilirəm ki, siz bu istiqamətdə addımlar atırsınız, lakin bu prosesi sürətləndirmək lazımdır.

Prezident Klinton: Ümid edirəm ki, bu prosesi sürətləndirə biləcəyik. Biz Sizin qeyd etdiyiniz kimi ölkənizdə ağır şəraiti diqqətdə saxlayırıq.

Prezident Heydər Əliyev: Bəli.

Prezident Klinton: Ümid edirəm ki, dəstək davam edəcək və Konqres Azərbaycan barəsində daha açıq olacaq. Çünki Siz demokratiyanın və insan hüquqlarının inkişafında addımlar atırsınız. Əgər biz Dağlıq Qarabağ problemini həll etməyi bacaracağıqsa, düşünürəm ki, bizim ölkələr arasında münasibətlərin daha dərinə getməsinə heç bir məhdudiyyət olmayacaq. Biz ilk dəfə görüşəndə mən bilirdim ki, energetika resursları və coğrafi mövqeyiniz sayəsində Sizin ölkəni yaxşı gələcək gözləyir. Sizin tərəfinizdən qəbul edilmiş qərarlar Azərbaycana regionun digər xalqlarına ciddi təsir göstərəcək.

Prezident Heydər Əliyev: Siz haqlısınız. Biz Azərbaycanda siyasi və ictimai sabitliyi yaratmağı bacardıq. Demokratik inkişaf, bazar iqtisadiyyatı və insan hüquqlarının müdafiəsi prosesi davam edir. Biz artıq bu siyasəti həyata keçiririk və bu, bizim ölkənin strateji yoludur.
Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsi ən mürəkkəb problemdir. Mən bizim əvvəlki görüşümüzün gedişatında Sizə bir detalı təqdim etdim. Biz istəyirdik ki, ABŞ Minsk qrupunun həmsədri olsun. Biz bunun üçün lap çox səy göstərdik. Azərbaycanı israrı üç həmsədr formatının yaranmasına gətirib çıxardı. Biz Sizə daha çox etibar edirik, nəinki başqasına. Düşünürük ki, ABŞ daha əhəmiyyətli rol oynaya bilər, nəinki başqası. Hətta Azərbaycanda uşaqlar prezident Klintona inanırlar.

Prezident Klinton: Bəlkə, Sizə mənim piarımla məşğul olmaq lazımdır!

Prezident Heydər Əliyev: Mən Sizin xarici siyasət üzrə baxışınızı təbliğ etməkdən çox şad olacağam. Mən bilirəm, Siz çox şey etdiniz. Siz Rusiya ilə yaranmış səs-küyə baxmayaraq, NATO-nu genişləndirdiniz. Bu, əhəmiyyətli qələbədir və Sizin qələbənizdir. Mən Konqresə baş çəkəndə orada səsverməyə hazırlaşırdılar və bu, bizim müzakirələrimizə mane oldu. Bilirəm ki, Siz ilk dəfə təmizlənmiş büdcəni təqdim edirsiniz və Siz hədəfinizə nail oldunuz. Bu, əhəmiyyətli işdir. Və siz 10 milyon yeni iş yeri yaratdınız.

Ermənistanı qorxuya salan Qarabağ planı

Bir neçə ay öncə məşhur erməni politoloq İqor Muradyan Azərbaycan-Türkiyə strateji əməkdaşlığından danışarkən Heydər Əliyevin Qarabağın azadlığı üçün hazırladığı planın Ermənistan üçün hələ də dəhşətli gələcək vəd etdiyini açıqladı. Söhbət 1998-ci ildə Heydər Əliyevlə Süleyman Dəmirəlin prinsipial görüşündən və həmin görüşdə razılaşdırılan plandan gedir.

Muradyan danışır ki, həmin görüşdən sonra Türkiyə və Azərbaycan arasında gələcək strategiya cızıldı: “Razılaşmada iki ölkə arasından energetikadan tutmuş, hərbi əməkdaşlığa qədər bir çox sahə əhatə olunmuşdu. Həm də Qarabağ məsələsini həll etmək üçün Ermənistanı uzunmüddətli siyasi və iqtisadi blokadaya salmaq, onu Türkiyə-Azərbaycan blokuna bağlamaq və öz maraqlarına tabe etdirmək haqda razılaşma oldu. Bu, faktiki olaraq Ermənistanın prinsipial dövlət olaraq yox olması və Azərbaycanla Türkiyənin quberniyasına çevrilməsi demək idi. Həmin görüşdən sonra Azərbaycan xarici siyasətdə aktiv hərəkətə keçdi və indiyə qədər Ermənistanı blokadası davam etdirilir”.

Muradyan etiraf edir ki, İrəvanda siyasi hakimiyyətin zəifliyi Heydər Əliyevlə Süleyman Dəmirəlin planının reallaşması ilə nəticələnə bilər.

Bütün bunlar Heydər Əliyevin Qarabağın azadlığı üçün apardığı mübarizənin ictimaiyyətə məlum olan kiçik bir hissəsidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...