Ermənilər Azərbaycan dilində təxribat xarakterli xəbərlər yayırlar - DİQQƏTLİ OLUN! – VİDEO
Son günlər cəbhədə bir-birinin ardınca ağır itkilərə məruz qalan düşmən “gücü” informasiya müharibəsinə verib. Ermənilər bu məqsədlə “Facebook” sosial şəbəkəsində yaradılan “HƏRBİ MEDİA” adlı səhifədən istifadə edirlər.
Mynews.az xəbər verir ki, azvision.az-ın bundan öncə xəbər verdiyi kimi, “HƏRBİ MEDİA” səhifəsi erməni istifadəçilər tərəfindən yaradılıb. Bu səhifədə Azərbaycan dilində ordumuzun əleyhinə təxribat xarakterli informasiyalar, foto-video görüntülər paylaşılır.
İnformasiya siyasətinin tərkib hissəsi olaraq yaradılan bu səhifə Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmağa hesablanıb. Onlar təxribat xarakterli məlumatlar yaymaqla ordumuza olan inamı azaltmağa çalışırlar.
Məlumat üçün bildirək ki, “HƏRBİ MEDİA” səhifəsi Ermənistanda fəaliyyət göstərən “razm.info” hərbi saytını idarə edən şəxslər tərəfindən yaradılıb.
“Razm.info”nun “Facebook” səhifəsi azərbaycanlı istifadəçilər tərəfindən kütləvi şəkildə şikayət edildiyindən bloklanıb. Bundan sonra həmin saytın əməkdaşları çirkin niyyətlərini həyata keçirmək üçün “HƏRBİ MEDİA” səhifəsini yaradıblar.
Vəziyyətin həssaslığını nəzərə alaraq oxuculara və sosial şəbəkə istifadəçilərinə düşmən təxribatına uymamağı, ermənilərin yaydığı foto və videogörüntüləri paylaşmamağı tövsiyə edirik.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 926 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 907 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 598 dəfə oxunub