Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zakir Həsənov Gürcüstanın baş naziri ilə görüşüb

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Mynews.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə müdafiə sahəsində hərbi əməkdaşlığın möhkəmləndirilməsi və hərbi sahədə təcrübə mübadiləsi məsələləri müzakirə olub.

Tərəflər Azərbaycan-Gürcüstan-Türkiyə arasında üçtərəfli əməkdaşlığın formatı, habelə strateji nəqliyyat strukturlarının müdafiəsi məsələlərini də nəzərdən keçiriblər. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...