Ərdoğandan erməni nazirə sillə kimi cavab - Azərbaycana görə - VİDEO
İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq sammitinin toplantısında gərginlik yaşanıb.“Ölkə.Az” xəbər verir ki, tədbirdə iştirak edən ölkələrin təmsilçiləri bir-bir danışıblar. Bu zaman Ermənistanla Azərbaycan arasında gərginlik yaşanıb.
Belə ki, Ermənistan daxili işlər nazirinin müavini Aşot Hovakimyan Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun çıxışındakı "Üzv ölkələrdən biri hələ zəhərli ideologiyasından vaz keçmədi" sözlərinə uzun-uzadı danışıqla cavab verib. Ermənistan təmsilçisi çıxışının az qala hamısını Qarabağ məsələsinə həsr edib.
“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi ittiham yeri deyil”, - deyə Aşot Hovakimyan Oqtay Əsədovun fikirlərinə cavab verib.
İclasa rəhbərlik edən prezident Rəcəb Tayyib Ərdoğan isə Ermənistan təmsilçisinə layiqli cavab verib. O, Aşot Hovakimyana nəzakət xətrinə təşəkkür etsə də, ona öz yerini göstərib.
“Cənab Hovakimyana təşəkkür edirəm. Onun “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi ittiham yeri deyil” fikirlərinə mən də qatılıram. Lakin burada heç bir təmsilçi ittihamlar səsləndirməyib. Siz isə çıxışınızın hamısını siyasi dəyərləndirməyə ayırdınız. Bu də mənim fikrimcə doğru deyil”, - deyə Ərdoğan Aşot Hovakimyanı susdurub.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 912 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 596 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 587 dəfə oxunub