Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan XİN-i Mançester terroruna münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi Mançesterdə stadionda törədilən terror hücumunu pisləyib. 

Mynews.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətindən bildiriblər.

“Baş verənlərlə əlaqədar ölənlərin ailələrinə və Britaniya hökumətinə dərin hüznlə başsağlığı veririk”, - XİN-dən bildiriblər.

Qeyd edək ki, mayın 22-də “Mançester Arena”da keçirilən konsert zamanı partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər həlak olub, təxminən 60 nəfər yaralanıb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...