Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Əliyev Britaniyanın baş nazirinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Tereza Meyə başsağlığı verib. Məktubda deyilir:

“Hörmətli xanım Baş nazir, Mançester şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Qeyd edək ki, terror nəticəsində 22 nəfər həlak olub, 59 nəfər yaralanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...